İqtisadiyyat

Elman Rüstəmovun cavabından razı qalmadı

İqtisadçı ekspert Rövşən Ağayev Mərkəzi Bankın sədri Elman Rüstəmovun bu gün keçirilən mətbuat konfransında verilən sualların cavablarından yayınılmasını tənqid edib.

Qaynarinfo-nun mılumatına görə, R. Ağayev “Facebook”da bildirib ki, Mərkəzi Bank rəhbərinin mətbuat konfransını canlı izləyib:

“Şəffaflıq və informasiya açıqlığı tələb edən suallardan ustalıqla və sakitcə yayınırlar. Məsələn, iqtisadiyyatda bütün institusional vahidlərə aid xarici aktiv və öhdəliklərlə bağlı məlumatların əks olunduğu beynəlxalq investisiya mövqeyi statistikasını geniş açıqlamağa ehtiyac duymadılar – halbuki bu barədə sual oldu.

Real sektora kreditlərdə özəl sektorun xüsusi çəkisini soruşdular – yenə qeyri-dəqiq cavab: 90%-dən çox. Halbuki, Mərkəzi Bankın statistik bazasında bu göstərici illər üzrə olmalıdır.

Kreditləşmədə kiçik və orta sahibkarlığın payından ümumiyyətlə danışılmadı. Halbuki, biznesin ölçüsündən asılı olaraq kreditləşmənin dinamikasında və faiz səviyyəsində baş verən tendensiyalar barədə ayrıca məlumat verilməsi çox önəmlidir.

Yeri gəlmişkən, Dünya Bankının qlobal iqtisadi perspektivlərlə bağlı son hesabatının böyük bir bölümü makroiqtisadi sabitliyin təmin edilməsinin mühüm şərtlərindən biri kimi mərkəzi bankların müstəqillliyinin və şəffaflığının əhəmiyyətinə həsr edilib”.

Bənzər yazılar

Back to top button