“Sülh Platforması” və ya “Pirr Qələbəsi”

by Aztoday Xəbər Portalı

Daha neçə faciə və xəyanətlərə yuvarlanmaq üçün “Sülh Platforması”

Son vaxtlar ölkə gündəmini ortaya atılan “Sülh Platforması” işğal edib. Soruşmalıyıq, platformaya qoşularaq, ölkə əhalisini buna inandırmağa çalışan bəzi ictimai şəxslər, millət vəkilləri gələcəyi bəlli olmayan qaranlıq yola niyə belə həvəslə addım atırlar? Azərbaycanın tarixindən xəbərdardırlarmı? Kim zəmanət verə bilər ki, aşağıda yazdığım faciələr, xəyanətlər və fəlakətlər bir daha yaşanmayacaq?

  • İşğalçı və qatil Rusiya Xəzər dənizini yazıçı, aydın və ziyalılarının cəsəd-sümükləri ilə doldursun – sən “Sülh Platfroması”ndan danış
  • Stepan Razinin dönəmində (XVII əsrin II yarısı) ruslar Xəzəryanı bölgələrə quldur və talançı yürüşlər etsin – sən “Sülh Platfroması”ndan danış
  • I Pyotrun zamanında (1722-cil il bəyannaməsi) Rusiya erməniləri bölgəyə köçürdüb başına bəla edərək, xalqının oğullarının şəhid edilməsinin təməlini qoysun – sən “Sülh Platfroması”ndan danış
  • Azərbaycanın XIX əsrdə parçalanması üçün xanlıqları darmadağın edərək, illərlə Rusiya büdcəsinə bac (vergi) verdirməyə məcbur etsin – sən “Sülh Platfroması”ndan danış
  • 1828-ci ildə işğalçı və qatil Rusiya Azərbaycanı ürəyindən yaralayaraq, parçalasın və boğub zəiflətsin – sən “Sülh Platfroması”ndan danış
  • 1918-ci ildə 31 martda Bakıda və digər rayonlarımızda bolşevik-daşnak soyqırımları törədilsin – sən “Sülh Platfroması”ndan danış
  • 1918-ci ildə qurulmuş Xalq Cumhuriyyətin şəhidlərin və itirilmiş torpaqların hesabına qatil və işğalçı rus-ermənilər tərəfindən xəyanətlə yox edilsin – sən “Sülh Platfroması”ndan danış
  • İkinci Dünya Müharibəsində Moskva ən çox döyüşçünü səndən alsın, ən çox şəhid də səndən olsun – sən “Sülh Platfroması”ndan danış
  • Bakı nefti sırf Rusiyanın (SSRİ) maraqları üçün talanıb sağılsın – sən “Sülh Platfroması”ndan danış
  • 1948-53-cü illərdə Rusiya(SSRİ) vətəndaşlarını öz dogma yurd-yuvalarından – Qərbi Azərbaycandan zorla deportasiya etdirsin – sən “Sülh Platfroması”ndan danış
  • 1988-91-cillər ərzində millətimizin qüruru ilə qurulan Azərbaycanın milli idarəsi, sabitliyi Rusiya tərəfindən təhlükəyə, hücuma uğradılsın – sən “Sülh Platfroması”ndan danış
  • 1990-cı ilin yanvarında Rusiya tanklarını millətinin üstünə yüridərək xalqını əzib qana boyasın – sən “Sülh Platfroması”ndan danış
  • Xocalıda millətin: hamilə qadınlar, uşaqlar, əsgərlər işgəncə ilə öldürülsün – sən “Sülh Platfroması”ndan danış
  • Torpaqlarının 20%-i işğal edilsin – sən “Sülh Platfroması”ndan danış
  • Ölkənin 1 milyon qaçqını öz doğma yurdlarından qovulmağa məhkum edilsin – sən “Sülh Platfroması”ndan danış
  • İşğaldakı ölkə sərvətlərin talan edilsin, iqtisadiyyatına külli-miqdarda ziyan dəysin – sən “Sülh Platfroması”ndan danış

… Saysam, bitməyəcək . . .

Daha neçə faciə və xəyanətlərə yuvarlanmaq üçün “Sülh Platforması”

Əsas düşmənimiz olan Rusiyanın qucağına getməyə razı olanlar tarixə, şəhidlərinə və millətinə bu cür münasibət göstərənlər mütləq gələcəkdə də olsa, cəzasını alacaqlar.

Qısacası, bu, “Sülh” deyil, xəyanət və məğlubiyyət platformasıdır. “PİRR QƏLƏBƏSİ”(Məğlubiyyətə bərabər qələbə) bizə lazım deyil.

Arzu Səyyad

Aztoday.az

Bənzər Yazılar