Hadisə

Azərbaycandan Gürcüstana gedərkən xəstəxanaya yerləşdirlən iki çinli uşaqdan xəbər var

Azərbaycandan Gürcüstana gedən iki çinli uşaq Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından buraxılıb.

AzToday.az report-a istinadən xəbər verir ki, yeniyetmələr bir neçə gün tibbi müəssisədə müalicə olunublar.

Həkimlər uşaqların ailələrinə bir neçə gün də xəstəxanada qalmağı tövsiyə etsələr də, valideynlər bundan imtina ediblər.

Hər iki uşağa “donuz qripi” adlandırılan H1N1 virusu diaqnozu qoyulub.

Qeyd edək ki, azyaşlılar yanvarın 21-də Çindən Azərbaycana, yanvarın 25-də isə Azərbaycandan Gürcüstana səfər edən 9 nəfərdən ibarət çinli turist qrupuna daxil olublar. Onlar yanvarın 30-da Tbilisidə xəstəxanaya yerləşdirilib.

Bənzər yazılar

Back to top button