Dünya

Şengen vizasınının qiyməti artırıldı – Yeni qaydalar

Şengen vizasının fevralın 2-dən etibarən verilməsi ilə bağlı yeni qaydalar müəyyən edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının təsdiqlədiyi yeni qaydalara görə viza üçün müraciət məbləği artırılıb. Belə ki, əvvəl bunun üçün 60 avro ödəmək lazım idisə, artıq bu rəqəm 80 avrodur. Komissiya rüsumların miqdarını inflyasiya səviyyəsinə uyğunlaşdırmaq məqsədilə bu addımı atıb.

Həmçinin viza üçün müraciət ərizəsi səfərdən 6 ay əvvəl təqdim edilə bilər. Bundan əvvəl isə bu müddət 3 ay idi. Yeni qaydalara əsasən viza almaq üçün elektron qaydada da müraciət etmək mümkün olacaq.

Bənzər yazılar

Back to top button