GündəmSiyasət

Azərbaycan ordusu Kərkicahana nəzarət edir

Xankəndinin 1991-ci ildə ermənilər tərəfindən işğal olunmuş Kərkicahan qəsəbəsi Azərbaycan SQ-nin nəzarəti altına keçib. Bu, Azərbaycan hərbiçilərinin sosial şəbəkələrdə yaydığı videokadrlardan görünür.

Öz növbəsində, erməni mənbələri Xankəndinin bu qəsəbəsinin Azərbaycan SQ-nin nəzarəti altına keçdiyini təsdiq edirlər.

* 27 dekabr 1991-ci il tarixində erməni qoşunları Kərkicahanı ələ keçirib və yandırıb, 34 nəfəri öldürüb.

Dekabrın 31-də əks hücum zamanı azərbaycanlılar qəsəbəyə nəzarəti qaytarmağa müvəffəq olublar, lakin 1992-ci il yanvarın sonlarında ermənilər qəsəbəni yenidən ələ keçiriblər və onu tamamilə yandırıblar.

Sonradan ermənilər bu Azərbaycan qəsəbəsində Xankəndinin bir çox yerlərindən görünən böyük xaç quraşdırmışdılar.(Turan)

Bənzər yazılar

Back to top button