Siyasət

Rusiya “Bayraqdar”a qarşı müdafiə sistemi yaratmaq istəyir? (ŞƏRH)

“İstanbulda casusluq ittihamı ilə saxlanılan rus jurnalistlərinin məsələsi Türkiyə və Rusiya münasibətlərinə ciddi təsir göstərməyəcək”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyədə saxlanılan rus jurnalistlərin məsələsini Qaynarinfo üçün şərh edərkən deyib.

Onun sözlərinə görə, məsələ tam aydınlaşandan sonra rus jurnalistlər sərbəst buraxıla bilər:

“Hər şey məsələnin araşdırılmasından sonra məlum olacaq. Orada azərbaycanlı jurnalistın də olduğu deyilir. Yəqin ki, Rusiya tərəfi jurnalistlərin azadlığa buraxılmasına çalışır. Amma dediyim kimi məsələ araşdırılmalıdır”.

Elxan Şahinoğlu hesab edir ki, “Bayraqdar”ın istehsal olunduğu zonada çəkilş aparmaq hələ Türkiyə PUA-larının texnoloji sirrini açmağa kifayət etmir:
“Ruslar “Bayraqdar”ın imkanlarını iki münaqişə zonasındakı aktiv hərbi əməliyyatlar zamanı görüblər. Təbii ki, Rusiya bu silahlara qarşı yeni müdafiə sistemi və ya bu Türk PUA-larının analogiyasını yaratmaq istəyəcək. Amma görüntülərlə bu məqsədinə çatmasını demək çətindir. Ola bilər ki, rus jurnalistlərin istehsalat ərazisinə girməsi təsadüf olub. Hər şey araşdırmalar fonunda proseslərin gedişatından asılı olacaq”.

Qeyd edək ki, Rusiyanın NTV kanalının jurnalistləri Türk hərbi insansız hava (PUA) vasitələri istehsalçısının qərargahının qarşısında çəkiliş aparan zaman saxlanılıb və onlara qarşı casusluq ittihamı irəli sürülüb.

Bənzər yazılar

Back to top button