Xəbərlər

“Cənub xəbərləri”nin məhkəməsində nə baş verir?

Düzü, son 17 ildə o qədər məhkəmələrə çəkilmişəm ki, bu proseslərdən yazmağa belə marağım itir. Lakin vəfalı oxucularım təkidlə – gah telefonla, gah FB səhifəmə, gah e-malimə yazılan mesajlarla məhkəmə prosesinin detalları ilə tanış olmaq istəyirlər.

Öncə 2001-ci ildə, o vaxt icra başçısına yarınmaq üçün Ərkivanın 5 məktəb direktoru məni məhkəməyə vermişdi.
İlk iclasda iddialarının gülünc olduğunu görüb geri çəkildilər.
2004-ci ildə Əhəd Abıyevin qardaşı, o vaxt Biləsuvarda polis rəisi işləyən Zəfər Abıyev bizi şərəf və ləyaqət davası ilə məhkəməyə vermişdi.
10 min təzminat, üzr-filan tələb edirdi. Ali Məhkəmədə işi udduq.
3-cü məhkəmə iclasımız Lənkəranda baş tutdu. Lənkəran Dövlət Universitetində təhsil alan müxbirimiz qəzetimizdə çap edilən tənqidi yazıya görə LDU-dan azad edilmişdi.
Bir neçə aylıq məhkəmə çəkişməsindən sonra işi udduq və o, universitetə bərpa olundu.
4-cü məhkəmə çəkişməmiz 2010-ci ildə oldu. O vaxtkı icra başçısı Qəzənfər Ağayevin “xeyir duası” ilə həyat yoldaşım qondarma bəhanələrlə işdən azad olunmuşdu.
Yenə də Ali Məhkəmənin qərarı ilə həyat yoldaşımı işə bərpa etdik.
İndi sayca 5-ci məhkəmə çəkişməsinə cəlb edilmişik. Deyərdim ki, həmin məhkəmə çəkişmələrindən ən gülüncü,bu sonuncusudur.
Bütün ehtimallar o nəticəyə gəlməyə əsas verir ki, Nemət Musayev “Nemət Musayev Ali Məhkəmənin qərarını necə “ləğv edir”” yazısından sonra, yazıda adı hallanan Rabit Quliyev vasitəsi ilə bizi məhkəməyə verib.
Avqustun 30-da keçirilən hazırlıq iclasında bildirdik ki, Rabit Quliyevin rəhbərlik etdiyim “Cənub xəbərləri” qəzetində çap olunmuş “”Nemət Musayev Ali Məhkəmənin qərarını necə “ləğv edir?” adlı yazıyla bağlı bildirdiyi iddiaları- “cavabdeh haqqımda həqiqətə uyğun olmayan, böhtan xarakterli, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza ziyan vuran, ləkələyəci məqalə yazmışdır”, -ifadəsi tam əsassızdır.
1. Rabit Quliyev məndə olan görə təqaüdçüdür, heç bir kommersiya fəaliyyəti ilə məşğul olmur. Və buna görə də onun işgüzar nüfuzu ola bilməz.
2. Məlum olduğu kimi Şərəf və Ləyaqət 2 sözdür və ayrı-ayrı mənaları verir.
O adamın şərəfi olur ki, o, el arasında böyük nüfuz qazanır, təltifləri olur, ad alır.
Rabit Quliyevdə isə belə göstəricilər yoxdur, əksinə olan detallar var. Belə ki, bu adam 2008-ci ildə qonşuları Nəzərovlar ailəsinə qarşı hörmətsizlik etmiş, Nəzərova Arifəni döymüşdür.
Buna görə cərimələnmiş, 2 il şərti cəza almışdır.
Nəzərovlar ailəsinin üzvü Zaman Nəzərovun bildirdiyinə görə, Rabit özü, oğlanları, qızı və bacıları ilə birlikdə kütləvi şəkildə anası Arifəni, qayınanası Kinəvəni, bacısı Mahtabı, həyat yoldaşı Vüsaləni döyərək onlara ağır xəsarət yetirmişlər.
Bu şəxslərin bir neçəsi 21 gün Boradigah Qəsəbə xəstəxanasında yatıblar.
Deyilənlərin hamısı məhkəmə iclaslarında, həkim rəylərində öz təsdiqini tapıb.
Həmin izahatlardan çox yox, birini sizə təqdim edirəm:
“Quliyev Rabit Suleyman oğlu …mübahisə zamanı əlindəki boru parçası ilə Arifə Nəzərovanın bədənin müxtəlif nahiyələrindən vuraraq başın ənsə, təpə, gicgah nahiyəsində 3 ədəd şişginlik, beyin silkələnməsi və sol yanaq nahiyəsində qançırla nəticələnmiş, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olub…”
Göründüyü kimi, insanları təhqir edən, döyən, cərimələnən, şərti cəza alan, buna görə rəsmi üzr istəyən Rabit Quliyev – amma o bizi günahlandırır.
3. Bundan əlavə də Rabit Quliyevin xoşagəlməz əməlləri olmuşdur ki, hazırda biz onları da araşdırırıq.
Bununla bağlı rəsmi sorğular da verəcəyik.
Həyatında belə qüsurlu hallar olan insanın şərəf və ləyaqət davası açması olduqca qeyri-ciddidir.
4. Rabit Quliyev iddia ərizəsində irəli sürdüyü iddiaları əsaslandıra bilən bircə misal da çəkə bilməmişdir. Sadəcə deyir ki, işgüzar nüfuzuma, şərəf və ləyaqətimə zərər vurulmuşdur.
Hansı sözlə, hansı ifadə ilə, bu yoxdur. Görünür, onun üçün iddia ərizəsini hazırlayan şəxs mətbuat haqqında, fikir azadlığı haqqında qanunlardan xəbərsizdir. Sadəcə bəzi maddələri sadalayır, lakin onların heç birini əsaslandıra bilmir, sübutlar gətirmir.
Belə olduğu halda mən nəyi təkzib etməliyəm, nəyə görə təzminat ödəməliyəm?
Yazının başlığından da göründüyü kimi məqalənin “qəhramanı” Masallı Məhkəməsinin hakimi Nemət Musayev və onun qəbul etdiyi ədalətsiz Qərar və Qətnamələrdir.
Yəni burada qarşı tərəf Rabit Quliyev yox, Nemət Musayevdir. İrəli sürdüyümüz hər iddianın da hər birinin arxasında konkret sənədlər durur.
Əslində “qarşı tərəf” prinsipini biz yox, Masallı Məhkəməsinin hakimi Nemət Musayev pozub.
Rabit Quliyev o vaxt Şatıroba bələdiyyəsini məhkəməyə versə də, nəinki bələdiyyə sədri Altay Qurbanov məhkəməyə dəvət edilməyib, o məhkəmədə olmayıb.
Azərbaycan Qanunları kobud şəkildə pozularaq Altay Qurbanovun demədiyi ifadələr (hansı ki bunlar birbaşa məhkəmə qərarına təsir edib) Məhkəmə Qətnaməsinə salınıb və absurd, dolaşıq bir Qətnamə qəbul olunub.
(Bununla bağlı əlimizdə o vaxtkı bələdiyyə sədri Altay Qurbanovun yazılı izahatı var və onun surəti işə əlavə olunur).
Bu da sirr deyil ki, mənə qarşı bu məhkəmə çəkişməsinin arxasında Masallı Məhkəməsinin hakimi Nemət Musayev durur, bu iddialar da onun “xeyir-duası” ilə reallaşır.
Rabit Quliyev hazırlıq iclasında o qədər çalpaşıq çıxış etdi ki, adamın nə istədiyi anlaşılmadı. Gah dedi çəpərim belə gəldi, belə getdi, gah dedi digər qonşular məni incidir və sair.
Bir də bir neçə dəfə “Nemət, Nemət” dedi. Belə anlaşıldı ki, Rabit Quliyev hakim Nemət Musayevin vəkili kimi çıxış etmək istəyir.
Hakim Anar Alməmmədovun son fikri o oldu ki, yazı ekspertizadan keçirilmək
üçün linqifistika mərkəzinə göndərilsin.
Əgər ortada şərəf və ləyaqətin təhqir olunmasına dair bir kəlmə belə ifadə yoxdursa, həmin mərkəz nəyi araşdıracaq?
Eləcə də iddia ərizəsində heç bir sübut yoxdursa, o hansı maraqlar xatirinə icraata qəbul olunub?
Biz isə öz növbəmizdə iddianın rədd edilməsi ilə bağlı vəkillər qrupunun hazırladığı etiraz ərizəsini hakimə və iddiaçıya təqdim etdik.
Növbəti iclas 2017-ci il sentyabrın 13-nə, saat 1-10-a təyin edildi.
Görünür, hakim Nemət Musayev bizi reklam, özünü isə daha da biabır etmək üçün başqa forma fikirləşə bilməyib.
Hakim Nemət Musayevin ədalətsiz hərəkətlərindən isə redaksiyaya daxil olan şikayətlərin ardı-arası kəsilmir.
Onu da xatırladım ki, ölkəmizin bir dəyərli alimi və hüquqşünası adı çəkilən yazı ilə bağlı yazılı ekspert rəyi ilə ölkə mətbuatında çıxış edəcəklər.
13-də keçirilək məhkəmə iclasında ölkənin bir neçə tanınmış vəkilinin iştirak edəcəyi gözlənilir.
Adamın sadəcə itirilən vaxta heyfi gəlir.
Zahir Əmənov
“Cənub Xəbərləri” qəzetinin baş redaktoru

Bənzər yazılar

Back to top button