Digər

Azər Kərimov: “Təhsil sahəsində böyük korrupsiya var” – MÜSAHİBƏ

Ölkə təhsilinin mövcud durumu ildən-ilə ağırlaşmaqda davam edir. Azərbaycan təhsilinin bugünkü durumu və perspektivlərini təhlil etmək üçün ictimai-siyasi fəal, sahibkar Azər Kərimovla söhbətləşdik.

– Azərbaycanda təhsilin mövcud durumunu necə qiymətləndirirsiz?

– Bu günə qədər Azərbaycan təhsilinin inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilsə də, strategiyalar işlənib hazırlansa da, lazımi nəticə əldə olunmayıb. Xüsusilə də, təhsildə korrupsiya və şəffaflıqla bağlı problemlər öz həllini tapmayıb. İldən-ilə daha da acınacaqlı hal alan vəziyyət aidiyyati qurumları narahat etmir. Buraxılış və qəbul imtahanlarının nəticələri Azərbaycan təhsilində uçurumun baş verdiyini göstərir. Orta məktəbi bitirən uşaqların böyük hissəsi savadsız vətəndaş olaraq cəmiyyətə buraxılır. Bu ilk növbədə dövlətə ciddi zərər vurur. Çünki ortalama bir şagirdə dövlət 10 ildə təxminən 9 min manat pul xərcləyir. Attestatsız qalan uşaqlara xərclənən pul batmış olur. Digər tərəfdən, cəmiyyətin üzvü olacaq bu şagird hər şeydən məhrum olur. Bu isə özlüyündə bir bəladır.
– Problemlərin həlli üçün hansı addımlar atılmalıdır?
– Təhsil sektorunda ciddi islahatlar aparmalıdır. Uzun müddət təhsil sektoruna rəhbərlik etmiş Misir Mərdanovun vaxtında Azərbaycanda təhsil müəssisələri bərbad hala düşdü, savadsızlıq baş alıb getdi. Hazırkı nazir Mikayıl Cabbarovun fəaliyyəti isə ümumiyyətlə qənaətbəxş deyil. Təhsil sahəsi tamam korrupsiyalaşıb. Təhsil sektorunda kök salmış korrupsiyanı tam aradanm qaldırmaq radkal islahatlar aparmalıdır. SSRİ-dən qalma streotiplər dağıdılmalı, təhsildə Qərb standartlarına keçilməlidir.
Bundan başqa hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına yeni səlahiyyətlər verilməlidir. Bu qurumun səyi nəticəsində Azərbaycanda təhsilin real vəziyyəti ilə tanış olmaq mümkündür.
– Azərbaycanda təhsilin səviyyəsinin aşağı olması hansı problemlər yaradır?
– Hesab edirəm ki, bütün problemlərin, bəlaların kökündə təhsilsizlik durur. Söhbət təkcə savadlı, peşəkar kadrların yetişməməsindən, modern məktəblərin inşa edilib-edilməməsindən getmir. Savadsız gənclərin təhlükəli yollara düşmək ehtimalı böyükdür. Radikal dini və digər cərəyanlara tez qoşulurlar, narkomaniyaya meyl edirlər. Bir sözlə, təhsilsiz insan gələcəkdə cinayətkar şəbəkələrin üzvü ola bilər. Aparılan araşdırmalar göstərir ki, cinayət törədən şəxslərin böyük əksəriyyəti orta məktəblərdə dərslərini yaxşı oxumayan, dərsdən yayınan uşaqlardır. Ölkədəki sosial, siyasi, mədəni və iqtisadi problemlərin kökündə bir tərəfdən sistemdəki problemlər durursa, digər tərəfdən təhsilin səviyyəsinin aşağı olması dayanır.
– Azərbaycan hökuməti inkişaf etmiş xarici ölkələrin təcrübələrindən nə üçün istifadə etmir?
– Deməzdim ki, Azərbaycan hökuməti xarici ölkələrin təhsil sistemindən imtina edib, onlardan yararlanmır. Yararlanır. Sadəcə həmin sistemin ölkədə tətbiqinə mane olan qüvvələr olar. Qərb təhsil sistemi korrupsiyanın qarşısını almaq, şəffaflığı təmin etmək baxımından daha effektlidir. Amma bizim korrupsiyaya bulaşmış bəzi məmurlara bu sərf etmir. Təhsil inkişaf edibmi? Bu gün azərbaycanda ali məktəbə qəbul olanların 90 faizi əlavə müəllim yanına hazırlığa gedir, ya da özəl liseylərdə təhsil alırlar. Xaricdə təhsil alan tələbələr ölkəyə qayıtmaq istəmirlər. Niyə? Çünki yaxşı bilirlər ki, onları Azərbaycanda nə gözləyir. “Hörmətlə” işə düzəlmə, aşağı maaş, sərt iş rejimi. Məncə, hökumətin icbari ümumtəhsil sistemində köklü dəyişikliklər aparılmalıdır. Belə bir deyim var: Millətin gələcəyini məhv etmək istəyirsənsə, onun təhsilini siradan çıxarmaq lazimdir. Təhsildə korrupsiyanın olması, millət gələcəyinin məhv edilməsidir.

Bənzər yazılar

Back to top button