İdman

Arda Turanın futbolçu karyerası bitir – ŞOK İDDİA

Arda Turanın futbolçu karyerası bitə bilər.

Fanat.Az xəbər verir ki, bu iddia ilə “Hürriyet” qəzetinin yazarı Uğur Meleke çıxış edib.

“Barselona”nın “Başakşəhər”ə icarəyə verdiyi futbolçu ötən həftə gecə klublarının birində müğənni Berkay Şahinlə dava edib və onun burnunu qırıb. Daha sonra xəstəxanaya hücum edən Arda silah çəkib və havaya atəş açıb.

İstanbul prokurorluğu Arda ilə bağlı istintaqa başlayıb. Futbolçu “İnsan təhlükəsizliyini təhlükəyə atma”, “silahla təhdid” və “qeydiyyatsız silah” gəzdirmə maddələri ilə ittiham olunur. 3 ayrı cinayətə görə ona 3,5 ildən 11 ilə qədər həbs cəzası verilə bilər.

Türkiyə Futbol Federasiyasının nizamnaməsini xatırladan Uğur Meleke “Futbol İntizam Təlimatının 60-cı maddəsinə görə 2 il həbs cəzası alanlar ömürlük futboldan kənarlaşdırılır. Bəlkədə Arda Turanın futbol həyatı bitdi. Bunun üçün məhkəmənin nəticəsini gözləmək lazımdı” yazıb.

Bənzər yazılar

Back to top button