Siyasət

Xarici İşlər Nazirliyi: Ermənistan YUNESKO missiyasının səfərilə bağlı razılaşmalardan yayınır

Yerevan YUNESKO missiyalarının Azərbaycana və Ermənistana səfərlərilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır və üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmağa cəhd edir. Bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

YUNESKO missiyalarının Azərbaycan və Ermənistana göndərilməsi barədə razılıq fevralın 4-də Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti və Avropa İttifaqı Şurası rəhbərinin apardığı danışıqların nəticələrinə əsasənəldə olunub.

Azərbaycan lap əvvəldən YUNESKO-nun texniki missiyasının ölkəyə göndərilməsi barədə qərarı alqışlayıb və qısa müddətdə təşkilatla ikitərəfli formatda bütün hazırlıq işlərini razılaşdırıb.

YUNESKO-nun Ermənistana missiyasına gəldikdə isə Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını YUNESKO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Azərbaycanın qeyri-hökumət təşkilatları bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı YUNESKO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb. Odur ki, Azərbaycanın YUNESKO-ya təqdim etdiyi faktların araşdırılması üçün Ermənistana missiyanın göndərilməsi zəruridir.

Azərbaycan Xarici İşlər Nazirliyində ümid edirlər ki, Ermənistan bu dəfə YUNESKO missiyanın təşkilinə şərait yaradacaq.

Bənzər yazılar

Back to top button