Dünya

Putin dünyanı imperiyaların idarə etdiyi zamanlara qayıtmaq istəyir – ABŞ-ın BMT-dəki səfiri

Bazar ertəsi, Vladimir Putinin Vaşinqtonda çoxlarının ölkənin Ukraynaya hərbi hücumu üçün əsas kimi qiymətləndirdiyi addımları səbəbindən Rusiya və Qərb arasında gərginlik kəskin şəkildə artıb, bu barədə TURAN-ın ABŞ-dakı müxbiri bildirib.

Buna qədər Bayden administrasiyası və onun müttəfiqləri Rusiyanın Ukraynaya hücum etməmək öhdəliyi götürməsi şərti ilə ABŞ və Rusiya prezidentlərinin sammitini keçirməyi planlaşdırırdı. Amma bazar ertəsi axşam Putin Donetsk və Luqansk “respublikalarının” müstəqilliyinin tanınması haqqında fərmanlar imzaladıqdan sonra görüşün baş tutmayacağı aydın olub.

“Rusiya, görünür, yaxın gələcəkdə Ukraynaya tammiqyaslı hücuma hazırlığı davam etdirir”, deyə Ağ Evin mətbuat katibi Ceyn Psakinin bəyanatında bildirilir.

Öz növbəsində, prezident Bayden separatçı regionlara yeni investisiyaların, bu regionlarla ticarətin və onların maliyyələşdirilməsinin qadağan edilməsi və Donetsk və Luqanskda işləmək qərarına gələnlərə qarşı sanksiyalar tətbiq edilməsi haqqında fərman imzalayıb.

“Bu tədbirlər müttəfiqlərimiz və tərəfdaşlarımızla əlaqəli şəkildə hazırladığımız ciddi iqtisadi tədbirlərə əlavə ediləcək. Biz müttəfiqlərimiz və tərəfdaşlarımız, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, deyə Ağ Evin bəyanatında bildirilir.

Bazar ertəsi axşam BMT Təhlükəsizlik Şurasının təcili iclasında çıxış edən ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib ki, Putin “beynəlxalq sistemi sınayır” və “nə qədər uzağa gedə biləcəyinə baxır”.

“Putin “bu regionlarda Rusiya qoşunları yerləşdirəcəyini elan edib. O, bu qoşunları sülhməramlı adlandırır. Bu, cəfəngiyyatdır. Biz onların əslində kim olduğunu bilirik. Bununla belə, o, dünyanı seçim qarşısında qoyub. Biz gözümüzü çəkməməliyik. Rusiyanın hərəkətlərinin nəticələri dəhşətli olacaq – bütün Ukraynada, bütün Avropada və bütün dünyada”, deyə o bildirib.

Putinin Qərbin mənfi rolu haqqında bəyanatını şərh edən səfir deyib ki, bu, “müharibə üçün bəhanə əldə etmək məqsədilə qəzəbli, yalan bəyanatlar seriyası” idi. “Putin dünyanı imperiyaların idarə etdiyi zamanlara qayıtmaq istəyir. İndi 1919-cu il deyil”, deyə o əlavə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button