Dünya

İranda matəm elan olunub

İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi paradda törədilən terakta görə bu gün ölkədə matəm elan olunub.

Qaynarinfo xəbər verir ki, bu haqda İran prezidentinin rəsmi saytı məlumat yayıb. Hökumət rəsmi bəyanatda hadisə zamanı ölən və yaralananların ailələrinə başsağlığı verib. Paradda ölənlər bu gün torpağa tapşırılacaq.

Həmçinin İran hökuməti qonşu dövlətləri teraktda əli olan ölkələrə qarşı ciddi tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, terakt zamanı 28 nəfər ölmüş, çoxlu sayda insan yaralanmışdı.

Bənzər yazılar

Back to top button