Hadisə

“London taksi”lərinin qəbirstanlığından şok görüntü: yüzlərlə maşın çürüyür – VİDEO

2012-ci ildə “Eurovision” ərəfəsində Azərbaycana gətirilən “London taksiləri”nin Lökbatan qəsəbəsindəki “maşın qəbirstanlığı”ndan görüntüləri ortaya çıxıb.

Azxeber.com-a göndərilən görüntülər DYP-nin Lökbatan qəsəbəsindəki qeydiyyat idarəsində çəkilib. Görüntülərdə idarənin dayanacağında “London taksiləri” kimi tanınan Çin istehsalı TX4 markalı istifadəyə yararsız yüzlərlə avtomobil olduğu görünür. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkəyə gətirdiyi və dövlət büdcəsindən ayrılan vəsaitlə alınan avtomobillərin qısa zamanda sıradan çıxmasının səbəbi isə bəlli deyil.  Qeyd edək ki, “London taksiləri” kimi tanınan TX4 markalı məşhur keblər əvvəlcə Britaniyanın “Manganese Bronze” şirkəti tərəfindən istehsal edilirdi. Lakin 2013-cü ildə Çinin “Geely” avtomobil şirkəti “Manganese Bronze”nin səhmlərini alıb. Bununla da “London taksiləri” tamamilə “kitayski” olub. Sözügedən avtomobillərin Azərbaycana daşınmasını isə Türkiyənin “Savay Lojistik” şirkəti həyata keçirib. Hazırda yüzlərlə taksi adıçəkilən ərazidə baxımsız haldadır. Həmin videonu təqdim edirik:

https://youtu.be/njjlXYPyimY

Bənzər yazılar

Back to top button