Dünya

Putin qondarma DXR və LXR rəhbərləri ilə əməkdaşlıq sazişi imzalayıb

Rusiya Prezidenti Vladimir Putin və Denis Puşilin Rusiya Federasiyası ilə qondarma Donetsk Xalq Respublikası (DXR) arasında dostluq, əməkdaşlıq və yardım haqqında saziş imzalayıblar.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Həmçinin Vladimir Putin və Leonid Paseçnik Kremldə Rusiya Federasiyası ilə qondarma Luqansk Xalq Respublikası (LXR) arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıblar.

Putin DXR və LXR rəhbərlərini Rusiya ilə dostluq müqavilələrinin imzalanması münasibətilə təbrik edib.

Qeyd edək ki, daha əvvəl Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button