Dünya

Panamada ABŞ işğalı qurbanlarının məzarları 31 il sonra açıldı

Panama ABŞ-ın 1989-cu ildə gerçəkləşdirdiyi işğal nəticəsində həyatını itirənlərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə 19 məzarı açıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məzarı açılan 19 nəfərin cəsədə daha əvvəl kütləvi məzarlıqda tapılmış, sonradan başqa bir məzarlıqda dəfn edilmişdilər.

Xatırladaq ki, 2014-2019-cu illərdə Panamanın dövlət lideri olan Xuan Karlos Varela işğal zamanı ölənlərin kimliyinin müəyyənləşdirilməsi üçün komissiya yaratmışdı.

Qeyd edək ki, hər il dekabrın 20-də işğalın ildönümündə ölkədə ümumxalq hüzn günü keçirilir. İşğal Panama lideri general Manuel Norieqa ilə ABŞ arasında münasibətlərin pisləşməsindən sonra gerçəkləşdirilir.

ABŞ-ın keçmiş prezidenti Corc Herbert Uoker Buş ABŞ vətəndaşlarının həyatını xilas etmək və Norieqanı ədalət qarşısında çıxarmaq məqsədilə hücum gerçəkləşdirdiklərini bildirmişdi. İşğaldan 2 həftə sonra isə Panama lideri tutularaq ABŞ-a gətirilmiş və narkotik ticarəti və çirkli pulların yuyulmasında ittiham edilərək burada həbs olunmuşdu. 2017-ci ildə isə 83 yaşında ev həbsində vəfat etmişdi.

İşğal zamanı 500 nəfərin həyatını itirdiyi müəyyənləşdirilib. Digər tərəfdən isə insan hüquqları təşkilatları bu ədədin daha böyük ola biləcəyini bildirirlər.

Bənzər yazılar

Back to top button