Dünyaİqtisadiyyat

Dünyanın ən bahalı və ən ucuz şəhərləri – REYTİNQ

Sinqapur dünyanın ən bahalı şəhərləri arasında liderdir.

Milli.Az bildirir ki, “Economist Intelligence Unit” (EIU) agentliyinin hazırladığı ənənəvi “Worldwide Cost of Living” reytinqi açıqlanıb.

Ən bahalı şəhərlər arasında ikinci yeri Honkonq, 3-cü yeri Sürix tutub.

İlk onluqda sonrak yerlərdə Tokio, Osaka, Cenevrə, Paris, Nyu-York, London və Kopenhagen var.

Dünyanın ən ucuz şəhəri Almatıdır. Bu şəhər reytinqdə 133-cü yerdədir.

Sonrakı yerlərdə Laqos, Banqalor, Kəraçi, Əlcəzair, Çennay, Mumbay, Buxarest, Kiyev, habelə Hindistanın paytaxtı Nyu-Dehli var.

“Worldwide Cost of Living” reytinqi ildə iki dəfə hazırlanır və bu zaman 160 mal ilə xidmətin 400 fərqli qiyməti nəzərə alınır.

Bənzər yazılar

Back to top button