Dünya

Suriya müharibəsi və miqrantlar Livan büdcəsinə 25 milyard dollar zərər vurub

Livan prezidenti Mişel Avn ölkəsindəki iqtisadi böhran və regional məsələlərlə bağlı Fransanın “Valeurs actuelles” ərgisinə açıqlama verib.

Qaynarinfo xəbər verir ki, Livanın çətin mərhələdən keçdiyini qeyd edən Avn Suriya ordusunun Livana müdaxilə etdiyi 1990-cı illərdən etibarən büdcələrin borcla formalaşdırılması səbəbindən ictimai borcların dəfələrlə artdığını bildirib:

“Qonşu ölkələrdə vətəndaş müharibələrinin başlaması bu ölkələrə ixracımıza mənfi təsir göstərdi. Daha sonra Suriyadan gələn və bu gün etibarilə buradakı fələstinlilərlə birlikdə Livan əhalisinin yarısını təşkil edən miqrantlar ölkənin qaldıra bilməyəcəyi yükdür”.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının hesablamalarına görə, bunların Livana vurduğu zərərin 25 milyard dollar civarında olduğunu qeyd edən ölkə başçısı miqrantların öz ölkələrinə qayıtmaları üçün qərbin müzakirə mərhələsi belə başlatmadığına diqqət çəkib.

Livan hökumətinin rəsmi məlumatlarına görə, 2011-ci ildən bəri ölkəyə 1,5 milyon suriyalı, həmçinin 600 minə yaxın da fələstinli köç edib. 51 milyrd dollar ümumdaxili məhsula sahib olan ölkənin xarici borcu ötən il 86,2 milyard dollara çatıb. Livanda fəaliyyət göstərən əksər müəssisələr işçiləri işdən çıxarılması və ya əmək haqqılarının azaldılması istiqamətində addımlar atır. Aksiyaların başladığı 2019-cu ilin 17 oktyabrından bəri 160 minə yaxın insanın işini itirdiyi bildirilir.

Bənzər yazılar

Back to top button