Dünya

Mansur Baqeri: “Qəza qurbanlarının kimliyini müəyyən etmək mümkün deyil”

Yanğın Ukrayna Beynəlxalq Hava Yollarının (UIA) qəzaya uğrayan təyyarəsini tamamilə məhv edib.

Qaynarinfo xəbər verir ki, bu sözləri Qızıl Aypara beynəlxalq əməliyyatlarının direktoru Mansur Baqeri deyib. O bu qədər güclü yanığından sonra qəza qurbanlarının kimliyini müəyyənləşdirməyin mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, həlak olanlardan heç birinin qalıqlarına əsasən şəxsiyyətini müəyyən etmək şansı yoxdur:

“Çünki qəzadan əvvəl təyyarədə çox dəhşətli yanğın baş verib”.

Qeyd edək ki, təyyarədə 7 ölkənin vətəndaşı olub: Siyahıya 32 əcnəbinin – Ukraynanın 11, Əfqanıstanın 6, Kanada və İsveçin 4 vətəndaşı daxil edilib. Qalan 147 nəfər İran vətəndaşıdır.

Bənzər yazılar

Back to top button