Dünya

Ermənistanda sabiq millət vəkili qətlə yetirildi

Ermənistanln sabiq millət vəkili Karo Karapetyan Yerevanda güllələnərək öldürülüb.

Qaynarinfo Ria Novosti-yə istinadən xəbər verir ki, keçmiş deputat Yerevanda restoranların birində çəkilişdə olarkən güllələnib və xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı digər bir şəxsin də yaralandığı bildirilir.

Millət vəkilini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd edək ki, Karo Karapetyan “Çiçəklənən Ermənistan” partiyasının üzvü idi və 2007-2012-ci illərdə millət vəkili olub.
Bizi Telegramda oxuyun!

Bənzər yazılar

Back to top button