CəmiyyətHadisəXəbərlər

Atalığı 9 yaşlı uşağa işgəncə verdi, anası isə evdən qovdu: Bakıda ŞOK OLAY – FOTO

Polis əməkdaşları paytaxtın “20 Yanvar” metrostansiyası ərazisində zorakılığa məruz qalan 9 yaşlı uşaq tapıb. Həmin uşaq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına verilib.

Bu barədə Publika.az-a Birliyin sədir Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, 9-10 yaşlı uşağı metro polisi aşkar edib.
“O, diləndirilməyib, ev geyimində olub. İlkin adlı bu uşaq nitq və əqli baxımdan qüsurludur. Onunla ilk söhbətimizdə anasının onu evdən qovduğunu və ona görə küçədə olduğunu deyib. Onun boğazında zorakılıq izləri var. Araşdırmamıza görə anası uşağın atası ilə ayrılıb. Başqa bir kişi ilə qeyri-rəsmi nikahda yaşayır. Uşağın boğazındakı zorakılıq izlərinin də məhz ögey atası tərəfindən edildiyini güman edirik. Uşağın dediyinə görə ailənin tək övladıdır”.
K.Ağazadə artıq dünən axşam saatlarında sığınacağa İlkinin yaxınları olduqlarını iddia edən iki nəfərin zəng etdiyini deyib:

“Ötən gecə mən uşaqla bağlı paylaşımı edib, əlaqə nömrəsi qoymuşam. Gecə həmin nömrəyə uşağın yaxını olduğunu deyən iki nəfər zəng edib. Həmin şəxslər polisə yönləndirilib. Yalnız polisin razılığı olduqdan sonra, uşaq ailəsinə təhvil verilə bilər. Hazırda uşağın ailəsi ilə bağlı biz də araşdırma aparırıq”.

Bənzər yazılar

Back to top button