İdman

Messi Setyenə onu almağı tövsiyə etdi

“Barselona”nın kapitanı Lionel Messi “Mançester Sİti”nin futbolçusu Serxio Aqüeronun komandaya transfer olunmasını istəyir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o baş məşqçi Kike Setyenlə üz-üzə görüşərək, argentinalı hücumçunu almağı tövsiyə edib. Messinin Aqüeronu 4 ay yaşıl meydanlardan uzaqda qalacağı dəqiqləşən Luis Suaresin əvəzedicisi kimi gördüyü bildirilib.

Qeyd edək ki, 2011-ci ildən İngiltərə təmsilçisinin formasını geyinən S.Aqüeronun klubu ilə 2021-ci ilədək müqaviləsi var. O, bu mövsüm Premyer Liqada 16 oyuna çıxaraq 13 qol vurub və 3 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button