Dünya

Ərdoğançı qadın AKP-ci olmayanları ölümlə hədələdi

Bülənd Arınçdan Sevda Noyana: İnsanlar bunlara görə hicaba nifrət edəcəklər

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Prezident yanında Ali Məşvərət şurasının üzvü, sabiq parlament sədri Bülənd Arınç, çevriliş müzakirələrində Sevda Noyanın “siyahım hazırdır” sözlərini tənqid edərək “İnsanlar bunlara görə hicaba nifrət edir”, -deyə bildirib.

Xatırladaq ki, yazıçı olduğunu iddia edən Sevda Noyan, ölkə televiziyasında Esra Elönünün təqdim etdiyi “Arafda suallar” verilişində son çevriliş müzakirələrindən sonra bunları söyləyib: ”15 iyulda qursağımızda qaldı, istədiyimizi edə bilmədik. Səhv başa düşülməsin, düz deyirəm. Ailəmiz bu kimi 50 nəfəri götürür. Ona görə də ona deyim. Maddi və mənəvi cəhətdən çox yaxşı təchiz olunmuşuq. Qoy özlərini yığışdırsınlar. Saytımızda 3-5 nəfər var. Siyahım hazırdır”.

Sevda Noyanın “Qoy özlərini yığışdırsınlar” sözləri cəmiyyətin bir çox təbəqələri, xüsusən sosial media istifadəçilərinin reaksiyasına və mübahisələrə səbəb olub. Prezident Yüksək Müşavirə Şurasının üzvü Bülent Arınç da müzakirəyə girdi.

Prezident yanında Ali Məşvərət şurasının üzvü, B.Arınç jurnalist Kamal Öztürkün “YouTube” kanalındakı proqramında Sevda Noyanın ifadələrinə kəsin reaksiya verib: “Bu qadının qonşuları nə hiss edəcəklər?Bu qadından qonşular qorxacaqlar. Olacağımdan qorxuram. Qorxuram ki, bu, belə bir qatil qadına görə qonşular fikirləşəcəklər ki, başımıza bir şey gəlsə, qapımızı döyər və bizi kəsər”.

B.Arınç onu da deyib ki, S.Noyanın hərəkətlərinə görə millət hicaba nifrət edəcək: “Hicab mübarizəsi üçün canımızı verdik”, indi gəldiyimiz vəziyyətə bax başı örtülü olan qadın asmaq, kəsmək barədə dini söhbətlər edir. Bu hicab nifrətə səbəb olacaq, mən bundan qorxuram. Ya da bu qadının hərəkətlərinə görə millət hicaba nifrət edəcək. Küçədə gedərkən təhqir olunuruq. Niyə? Bu qadına görə”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button