Dünya

Netanyahu ABŞ-la saziş imzaladıqlarını təsdiqlədi

İsrail yeni növ koronavirusa qarşı peyvənd almaq üçün ABŞ-ın “Moderna” dərman şirkəti ilə saziş bağlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu açıqlama verib. O, sazişin olduğunu təsdiqləyib. Bildirib ki, şirkət gələn ilin ortalarında peyvəndi tapacağına söz verib.

Netanyahu “Moderna” ilə sazişin detallarına dair isə əlavə məlumat verməyib.

Digər tərəfdən mətbuata açıqlama verən Səhiyyə Nazirliyi rəsmiləri isə İsrailin daha bir neçə dərman şirkəti ilə peyvənd hazırlanması barədə saziş imzalamağı planlaşdırdığını deyiblər.

Qeyd edək ki, “Moderna” Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə əməkdaşlıq çərçivəsində hazırladığı “mRNA-1273” adlı potensial Covid-19 peyvəndi üçün üçüncü sınaqlara başlamaq üçün icazə alıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button