Bizim seçimDünyaGündəm

Qalmaqal: Ermənistan prezidenti Azərbaycana sərmayə qoyan “British Petrolium”da pay sahibidir?

Armen Sarkisyanın Azərbaycanda və Türkiyədə “British Petrolium” layihələrinə sərmayə qoyan “Knightsbridge” şirkətində pay sahibi olduğunu iddia edilir

Ermənistan Təhlükəsizlik Xidməti prezident Armen Sarkisyanla Azərbaycandakı neft biznesi arasında mümkün əlaqə ilə bağlı “Sputnik Ermənistan”ın sorğusuna cavab verib.

Ermənistan prezidenti Armen Sarkisyan

AzToday.az xəbər verir ki, cavabda Təhlükəsizlik Xidməti müxalifətçi “Adekvad” partiyasının Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın qaz və neft infrastrukturlarında pay sahibi olması barədə açıqlamaları təkzib edilir: “TX Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycandakı hər hansı bir qaz və ya neft infrastrukturunda səhmdar olduğunu göstərən məlumata malik deyil”.

Qeyd edək ki, bundan əvvəl “Adekvad” partiyasının üzvləri İrəvandakı prezident iqamətgahının binasına bir neçə çəllək neft gətirərək askiya təşkil etmiş və A.Sarkisyanı Azərbaycan və Türkiyə maraqlarını qorumaqda ittiham etmişdilər. Müxaliflər, xüsusilə Azərbaycanda və Türkiyədə “British Petrolium” layihələrinə sərmayə qoyan “Knightsbridge” şirkətində Ermənistan prezidentinin pay sahibi olduğunu iddia ediblər.

Bundan əvvəl, “Sputnik Ermənistan”ın müxbirinin sorğusuna cavab olaraq, prezidentin mətbuat xidməti xatırladıb ki, hər il prezident gəlir və əmlak bəyannaməsini doldurur, bu, onun bütün maliyyə mənbələrini əks etdirən açıq sənəddir. Mətbuat xidməti prezidentin vaxtilə şirkətdə müşavir vəzifəsində çalışdığını təsdiq edərək və fəaliyyətinin Qafqazla əlaqəli olmadığını xatırladaraq A.Sarkisyanın “British Petrolium”da səhmlərinin olduğu barədə məlumatları da təkzib edib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button