İdman

Zidan Qaret Beylin Bakıya gətirilməsindən danışdı

“Milli komandası, ölkəsi onu çağırıbsa, bu, onların hüququdu”.

Fanat.Az xəbər verir ki bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan komandanın ulduzu Qaret Beylin Uels millisinə çağırılmasına münasibət bildirərkən deyib.

Zidan bildirib ki, Beyl ötən ay seçmə mərhələ çərçivəsində Xorvatiya ilə matçdan bəri klubun heyətində heç bir oyunda iştirak etməməsinə baxmayaraq, onun milliyə dəvətinə qarşı çıxmayıb: “Uels yığmasının oyunları FIFA-nın təqvimə uyğundu və bununla əlaqədar heç nə edə bilmərik. Futbolçu da sağalmaq istəyir. Bununla bağlı bir şübhə yoxdu. Çünki ən çox əziyyət çəkən o özüdü. Həftənin necə keçəcəyini, millidə nələrin olub-olmayacağını birlikdə görəcəyik”.

Qeyd edək ki, Uels yığması “AVRO-2020″nin seçmə mərhələsində noyabrın 16-da Azərbaycan, 19-da isə Macarıstanla qarşılaşacaq.

Bənzər yazılar

Back to top button