Siyasət

“Artur Rasizadə nəinki buldozer, ən müasir tankdan güclüdür” – Millət vəkili

Deputat Yevda Abramov mətbuatda “Baş nazirin sonuncu hesabatıdır və o istefaya gedəcək” tipli xəbərlərin yayılmasına münasibət bildirib və bunu ürəkbulandırıcı adlandırıb:

“Bu, bizə yaraşmır. Bilirsiniz, niyə yaraşmır? O xalq, o millət ki, prezidentini, Baş nazirini, spikerini sevir, o xalq xoşbəxt xalqdır, o ölkə güclü ölkədir. Belə ölkə balacalığından, ərazinin kiçikliyindən, xalqının sayından asılı olmayaraq böyük dövlətlərdən də güclüdür. Mən kiməsə yaltaqlanmaq fikrində deyiləm. Amma elə vəzifə, elə sahələr var ki, o vəzifələri yaşlı insanlara etibar etmək böyük xoşbəxtlikdir. İsraildə bir Baş nazirə “buldozer” (Ariel Şaron – red) ləqəbi vermişdilər. Allah qəni-qəni rəhmət eləsin, Artur müəllim onun torpağı sanı yaşasın, bizim Baş nazir nəinki buldozer, dünyanın ən müasir tanklarından da güclüdür.” (Meydan.tv)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button