CəmiyyətMədəniyyət

Azərbaycanın ən gözəl qızları seçildi (FOTOLAR)

Dünya Gözəllik Konqresinin təşkilatçılığı ilə “Beauty of the World Azerbaijan” gözəllik yarışmasının seçim turu keçirilib.

Trend-in məlumatına görə, kastinqə ümumlikdə 200-ə yaxın 18-26 yaş arası xanımlar qatılıblar. Yekun olaraq münsiflərin qərarı ilə 20 qız yarışmaya qatılmaq şansı əldə ediblər.

Qeyd edek ki, yarışma 3 ay müddətində davam edəcək və qalib ölkəmizi “Beauty of the World” yarışmasında təmsil edəcək. Kastinq zamanı münsiflər heyətində WBC-nin prezidenti Zamir Hüseynov, dünyanın 10 xoreoqrafı siyahısında yer alan Yuliana Hüseynova, xalq artistləri Faiq Ağayev, Məleykə Əsədova və “Dress of the World” qalibi modelyer Aygün Talıbova yer alıblar. Layihə rəhbəri Nərmin Səfərova qeyd edib ki, bu yarışma digər yarışmalardan çox fərqlənəcək və beynəlxalq standartlara uyğun şəkildə keçiriləcək. Həmçinin bu yarışmada ilk dəfə olaraq qızlar ölkəmizin bölgələrini təmsil edəcəklər.

Bənzər yazılar

Back to top button