Hadisə

Aeroport yolunda dəhşətli qəzada 2 nəfər öldü – FOTO

Bakıda dəhşətli qəza baş verib.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, aeroport yolunda ağır yol qəzası baş verib.

Belə ki, iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində baş vermiş qəzada 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Qəzaya səbəb kimi ötmə zamanı yüksək sürət həddinin olması və idarəetmənin itirilməsi göstərilir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Bənzər yazılar

Back to top button