GündəmMədəniyyət

Azərbaycanda yeni telekanal açılacaq

Azərbaycanda gənclər kanalı açılacaq.

Bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda qeyd edilib.

Proqramda internet televiziyası məkanında gənclər kanalının yaradılması Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə tapşırılıb.

Proqramda həmçinin gənclik auditoriyası üçün maraq kəsb edən və müasir dövrün tələblərinə cavab verən yeni televiziya və radio layihələrinin, bununla yanaşı gənclərin elm, texnika və innovasiyalar sahəsinə marağını artırmaq məqsədi ilə televiziya proqramlarının hazırlanması da aidiyyəti qurumlara tapşırılıb.

Bənzər yazılar

Back to top button