İdman

“Barselona”da şok: 147 milyonluq futblolçu 2 ay oynamayacaq

“Xetafe” ilə oyunda zədələnərək meydanı tərk edən “Barselona”nın futbolçusu Ousmane Dembelenin durumu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, katalon təmsilçisinin 147 milyon avroya transfer etdiyi futbolçu minimum 2 ay meydanlardan uzaq qalacaq. Neymarın yerinə transfer edilən Dembelenin həkim müyinəsindən sonra 2 ay forma geyməyəcəyi bildirildi.

O İspaniya çempionatında “Jirona”, “Eybar”, “Las Palmas”, “Atletik”, “Sevilya”, Çempionlar Liqasında isə “Sportinq” və “Olimpiakos”la oyunları buraxmalı olacaq.

Maraqlıdı ki, Dembele də məhz Neymarın aqibətini yaşayıb. Neymar da “Barselona”dakı ilk mövsümündə məhz “Hetafe” ilə oyunun 25-ci dəqiqəsində zədələnərək uzun müddət oynamamışdı. Digər bəznzərli isə ondan ibarətdi ki, Dembele də 11 nömrəli formada idi və zədələnərkən hesab açılmamışdı.

Bənzər yazılar

Back to top button