İdman

Messidən etiraf: “Bir dəfə rəqibdən forma istəmişəm, o da…”

Futbolçuların oyunlardan sonra bir-biri ilə forma dəyişməsi hallarına tez-tez rast gəlirik. Bəzi futbolçular var ki, onlar heç vaxt rəqiblərindən forma istəmir, amma onlardan forma istənilir. Belələrindən biri də Lionel Messidi.

Fanat.Az xəbər verir ki, dünyanın ən yaxşı futbolçularından biri hesab olunan “Barselona”nın ulduzu karyerası ərzində bir dəfə rəqibindən forma istəyib. Argentinalı futbolçu bunu özü etiraf edib.

Özü də o, “Barselona”nın əzəli rəqibi “Real”ın futbolçusu, hazırda isə baş məşqçisi Zinəddin Zidan olub. “Heç vaxt forma istəmirəm. Rəqib komandanın heyətində bir argentinalı varsa, onunla formamı dəyişirəm. Argentinalı yoxdusa, biri mənə yaxınlaşıb forma dəyişməyi istəsə, onunla dəyişdirərəm. Bu günə qədər cəmi bir dəfə istisna olub. Bir dəfə bir futbolçunun formasını istədim. O da Zinəddin Zidan idi”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button