Dünya

Putin FSB-nin iclasında ABŞ kəşfiyyatçılarına təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin FSB idarə heyətinin iclasında Sankt-Peterburqdakı terror hücumunun qarşısını almaq üçün verdiyi köməyə görə Amerika xüsusi xidmət orqanlarına təşəkkür edib.

Qaynarinfo xəbər verir ki, Putin alınan məlumatlar sayəsində 27 dekabrda hücum planlaşdıran iki İŞİD tərəfdarının həbs olunduğunu deyib.

Xatırladaq ki, ötən ilin dekabrında prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında amerikalıların Rusiya xüsusi xidmət orqanlarına Yeni ildə keçirilməsi planlaşdırılan terror hücumu barədə məlumat verdiyini və bunun sayəsində terrorun qarşısının alındığını bildirib. Məlumata görə, həbs olunan iki nəfər slavyan görünüşlüdür. Onlardan biri İslami rəmzləri olan onlayn videolar yerləşdirib.

Bənzər yazılar

Back to top button