İdman

Messiyə sürpriz transfer təklifi – 700 milyon avro

“Barselona”nın ulduzu Lionel Messiyə ABŞ-dan təklif var.

Fanat.Az xəbər verir ki, bu barədə Amerikanın məşhur idman kanalı – ESPN məlumat yayıb.

İddiaya görə, “Los Anceles Qalaksi” argentinalı ulduzu heyətinə qatmaq istəyir. MLS klubu Messi üçün mövsümün sonunda “Barselona”ya rəsmi təklif göndərəcək.

“Los Anceles Qalaksi” komandanı tərk edən və “Milan”a dönən Zlatan İbrahimoviçin yerini Messi ilə doldurmaq istəyir. Artıq klub rəsmilərinin futbolçunun atası ilə danışıqlara başladığı bildirilir.

İddiaya görə, “Los Anceles Qalaksi” Messinin müqaviləsindəki təzminatı – 700 milyon avronu “Barselona”ya ödəmək niyyətindədi.

Bənzər yazılar

Back to top button