Bizim seçimDünyaSiyasət

Davudoğlu Ərdoğanı ifşa etdi: “Əgər talan etməsəydiniz, özümüzü təmin edə bilərdik”

Sabiq baş nazirin sədri olduğu Gələcək Partiyasının hazırladığı videoçarxda hakimiyyətin atdığı addımlarıfaktlarla tənqid edilir

Türkiyədə yenicə yaradılan Gələcək Partiyasının sədri, keçmiş baş nazir Əhməd Davudoğlu sosial şəbəkələrdə paylaşdığı videoçarxlarla Prezident Ərdoğanın başlatdığı “Biz özümüzə kifayət edərik!”  (“Özümüzü təmin edə bilərik”) kampaniyasını tənqid edib.

AzToday.azSozcü” qəzetinə istinadən xəbər verir ki, sədri olduğu partiya tərəfindən sosial şəbəkələrdə start verilən yeni, videoçarxlı kampaniya ilə Əhməd Davutoğlu AKP-nin iqtisadiyyatdakı səhvlərini tənqid edib.

Davudoğlunun və Gələcək Partiyasının rəsmi hesablarından paylaşılan ilk videoda ödənilən vergilər xatırladılır: “Hər gün dövlətə 2,3 milyard türk lirəsi (TL) vergi ödəyirik. Keçən il ödədiyimiz vergi tam olaraq 820 milyard idi! Əgər çətin günlər üçün yığdığımız pulları məlum şirkətlərə yüksək vergi amnistiya tətbiq etməklə talan etməsəydiniz, biz özümüzə kifayət edə bilərdik!”.

Kampaniyanın ikinci videosunda Mərkəzi Bankın ehtiyac fondunun xəzinəyə köçürüldüyü və iqtisadiyyatın idarə edilməsinin səhvlərini örtmək üçün istifadə edildiyi tənqid edilir: “Mərkəzi Bankdakı kəfən pulumuz tam 41 milyard idi! Çətin günlər üçün yığdığımız o pulları iflasa uğramış iqtisadiyyatı xilas etmək üçün xəsinəyə köçürüb talan etməsəydiniz, biz özümüzə kifayət edə bilərdik!”.

Kampaniyanın üçüncü videosunda isə, 2018-ci ildə heyvandarlığa verilən dəstəkdən daha çox olan 4,2 milyard TL-nin bir media holdinqi ələ keçirmək xərcləndiyi xatırladılaraq “2018-ci ildə Türkiyədə heyvandarlığa 3,7 milyard TL dəstək verərkən, eyni il yalnız bir media qurumunu ələ keçirmək üçün 4,2 milyard TL-ni israf etməsəydik, biz özümüzə kifayət edə bilərdik!”, – deyə ifadələr işlədilib.

Bənzər yazılar

Back to top button