Dünya

Səddam Hüseyni dindirən CİA xəfiyyəsindən sensasion AÇIQLAMA

ABŞ-ın 2003-cü ildə hərbi müdaxiləsi ilə devrilən İraq lideri Səddam Hüseyni ilk sorğulayan Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) xəfiyyəsi Con Nixon 14 ildən sonra sensassion məqamları açıqlayıb.

AzToday.az publika.az-a istinadən xəbər verir ki, John Nixon yazdığı “Prezidenti sorğulamaq” (“Debriefing the President”) adlı kitabında Səddam Hüseynin əbəs yerə müharibəyə cəlb olunduğunu qeyd edib.

CİA xəfiyyəsi kitabında yazır ki, Səddam Hüseyn devrildikdən sonra İraqda heç bir nüvə və ya kimyəvi silah tapılmayıb: “Mən İraqın işğalından 8 ay sonra Bağdada getdim. Georgetovn Üniversitetində Səddam Hüseyinlə bağlı elimi fəaliyyətlə məşğul olmuşam. Ona görə də Səddamı ilk dəfə üz-üzə görən kimi tanıdım. O zamana qədər Səddam Hüseynlə bağlı çox əfsanələr dolaşırdı. Məni Səddamın ifadəsi alınan otağa göndərdilər. Otağa daxil olan kimi anladım ki, bu adam doğrudan da Səddam Hüseyndir, oxşarı deyil. Çünki uzun illər idi Səddam Hüseynlə bağlı araşdırmalar aparırdım, onun haqqında çox məlumatlı idim. Bildiyim məlumatlarla Səddam uyğun gəlirdi”.

Cohn Nixon Səddam Hüseynlə sorğu otağında dialoq da apardığını bildirir: “Səddam Hüseyn İraqın işğalı ilə Ərəb və müsəlman dünyasında müharibə və münaqişələrin başlayacağını söyləyirdi. Hələ o zaman da Səddam bütün işgəncələrə baxmayaraq, İraqda kimyəvi silahın olmadığını deyirdi. Zaman onu haqlı çıxartdı. İraqda kimyəvi və nüvə silahları tapılmadı”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button