Dünya

Bu gün prezident Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək

Cümə günü ABŞ prezidenti Co Bayden Ukraynaya qarşı əsassız müharibəyə görə Rusiyanın məsuliyyətə cəlb edilməsi istiqamətində yeni addımlar atacağını bəyan edəcək”, – TURAN-ın Vaşinqton müxbiri bildirib. Ağ Evdə prezidentin çıxışı Bakı vaxtı ilə saat 19:00-da nəzərdə tutulub.

Cümə axşamı səhər Amerika KİV-i bildirib ki, Bayden Rusiya prezidentinə iqtisadi təzyiqləri gücləndirmək və Rusiya ilə ticarət münasibətlərini daha da məhdudlaşdırmaq niyyətindədir.

Bu addım Rusiyadan idxal tariflərini artırmağa imkan verəcək və ABŞ və Böyük Britaniyaya Rusiya neftinin idxalını qadağan edən genişmiqyaslı sanksiyaları tamamlayacaq.

Vaşinqtonlu məmurların fikrincə, Rusiya rublun kütləvi dəyərsizləşməsi və vətəndaşların alıcılıq qabiliyyətinin düşməsilə dərin resessiyaya yaxınlaşır.

Bu, ABŞ Konqresinin Ukraynaya 13,6 milyard dollar həcmində böyük yardım göstərilməsi barədə qərarın qəbul edildiyi vaxtda baş verir.

“Bu resurslar sayəsində biz öz ölkəsini və demokratiyanı müdafiə edən Ukrayna xalqına tarixi dəstəyimizi verə bilərik”, – Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Bənzər yazılar

Back to top button