Bizim seçimHadisə

Mirşahinin qardaşının şikayəti təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsində tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev barəsində çıxarılmış məhkəmə hökmündən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bizimyol.info-nun məlumatına görə,hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, Mirəddin Ağayevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.

Bakı şəhər sakini Qəzənfər Qəzənfərovun Səbail rayon Polis İdarəsinə şikayəti əsasında Mirəddin Ağayev istintaqa cəlb olunub. Şikayətçi Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, hazırda fəaliyyət göstərən Real TV-nin icraçı direktoru, Mirşahin Ağayevin böyük qardaşıdır.

Bənzər yazılar

Back to top button