Dünya

2023-cü ilin yekunları: 45 jurnalist öldürülüb, 521 jurnalist həbsdədir – “Sərhədsiz Reportyorlar”

“Sərhədsiz Reportyorlar”ın illik hesabatına əsasən, 1 dekabr 2023-cü il tarixinə olan məlumata görə, vəzifələrini yerinə yetirərkən öldürülmüş jurnalistlərin sayı 45 nəfər təşkil edib. Eyni zamanda, 521 jurnalist həbsdədir.

Bu il 23 jurnalist münaqişə zonalarında, əksəriyyəti (17 nəfər) Qəzzədə hərbi əməliyyatlar zonasında öldürülüb.

Bu il Çin ən böyük jurnalist həbsxanası olaraq qalıb, burada 121 KİV işçisi (42-si Sintszyanda) həbsdədir.

2023-cü ildə Belarus həbs edilmiş jurnalistlərin sayına görə (39 nəfər, onlardan 10-u qadındır) ilk 3 ölkə sırasına daxil olub.

İranda və Türkiyədə jurnalistlərə qarşı repressiya metodlarından biri dəfələrlə həbs etməkdir. 2023-cü ildə 43 türk və 58 iranlı jurnalist həbs edilib.

Bütün dünyada 54 jurnalist girov götürülüb. Onlardan 7-si Malidə, 38-i Suriyada, 9-u İraqda, 4-ü Yəməndə və 1-i Meksikada qaçırılıb.

84 jurnalist itkin düşmüş hesab olunur, onların 31 nəfəri Meksikada itkin düşüb.(Turan)

1995-ci ildən etibarən “Sərhədsiz Reportyorlar” (RSF) hər il 1 yanvar – 1 dekabr tarixlərini əhatə edən məlumatlara əsasən jurnalistlərə qarşı sui-istifadələr haqqında məruzə hazırlayır.

Bənzər yazılar

Back to top button