GündəmSiyasət

Sadıqovun və Zeynallının həbsi əsaslıdır? – hüquqşünasın şərhi

Elçin Sadıqovun gecə saat 4 də həbs olunması çox ciddi şəkildə onu göstərir ki, Azərbaycanda peşəkar vəkillərin fəaliyyətinə heç bir imkan yoxdur. Hüquq sahəsində ekspert Ələsgər Məmmədli vəkil Elçin Sadıqovun həbsini belə şərh edib.

O, Sadıqovun özünün uzun illərdir siyasi məhbusları, insan hüquqları baxımından hüquqları pozulanları müdafiə etdiyinə diqqət çəkibş

Sadıqovun tələsik, gecə vaxtı həbs edilməsi onu göstərir ki, onun fəaliyyəti kimlərisə narahat edir. Bundan başqa, həbs onun vəkillik hüquqlarının kobud şəkildə pozulması ilə müşaiyət olunub.

Vəkillik fəakiyyəti haqqında qanunun 7-ci maddəsinə əsasən, peşə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı vəkil tərəfindən toplanan sənədlər və dəlillər heç bir halda istinaq orqanları tərəfindən tələb oluna və götürülə bilməz. Amma biz Sadıqovun ofisində axtarış zamanı sənədlər torbalarla və qutularla aparıldı.

Məmmədli Sadıqovun həbsini onun peşə fəaliyyəti ilə əlaqədar siyasi həbs hesab edir.

Ekspert hesab edir ki, bənzər yanaşma jurnalist Əvəz Zeynallı üçün də keçərlidir. 200 mindən çox auditoriyası olan və hakimiyyəti tənqid edən internet kanalın jurnalistinin həbsi də siyasi xarakter daşıyır.

Hər iki həbs ölkədə korrupsiyanın ifşasının qarşısını almaq məqsədi daşıyır. Məmmədli hesab edir ki, “Xural TV”nin redaksiyasından vətəndaşların məktublarının və müraciətlərinin götürülməsi onların əlaqə vasitələrini əldə etmək və onlara müdaxilə etmək məqsədi daşıyır.

Vəkillik fəaliyyəti də, jurnalistlik fəaliyyəti də onların toxunulmazlığının, yazışmanın gizliliyinin təmin edilməsini tələb edir.

Bənzər yazılar

Back to top button