İdman

“Real”ın transferdə birnömrəli hədəfi

“Real”ın mövsümün sonunda heyətinə qatmaq istədiyi əsas futbolçulardan biri müəyyənləşib.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, “Kral Klubu” “Bavariya”dan David Alabanı transferi siyahısının birinci pilləsinə yazıb.

Bildirilir ki, mövsümün sonunda Almaniya klubu ilə müqaviləsi başa çatacaq avstriyalı futbolçu özü də “Real”da oynamaq istəyir. Alaba bu səbəbdən “Bavariya” ilə müqaviləsini yeniləməmək qərarına gəlib.

AS nəşri iddia edib ki, artıq Alabanın meneceri Pini Zahavi “Real” rəsmiləri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 28 yaşlı mərkəz müdafiəçisi 2008-ci ildə “Austriya”dan “Bavariya”nın U-19 komandasına 150 milyon avroya transfer olunub. O, indiyədək Münhen klubunun heyətində 400-dən çox rəsmi oyuna çıxıb.

Bənzər yazılar

Back to top button