Dünya

Çində koronavirusdan ölənlərin sayı artıb

Çində koronavirus qurbanlarının sayı yenidən artaraq 2744 nəfərə çatıb.

“TASS” xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, 32,4 min insan sağalaraq xəstəxanaları tərk edib. Pnevmoniyanın başlamasından bəri 78,4 mindən çox insan virusun daşıyıcısına çevrilib.

Son rəsmi məlumatlara görə, ölkədə virusa yoluxmuş insanlarla sıx əlaqədə olan 71,5 mindən çox insan həkimlərin nəzarəti altındadır.(apa)

Bənzər yazılar

Back to top button