Dünya

Rusiyayla Çin Donald Trump-ın bəyannaməsinə qoşulmadılar

Sentyabrın 18-də axşam Rusiyayla Çin ABŞ prezidenti Donald Trump-ın BMT-də islahatlara dair bəyannaməsini imzalamayıblar. Qurumun qlobal böhranlarla mübarizəsini daha səmərəli edəcək islahatları dəstəkləyən sənədə 128 ölkə imzasını atıb.

Rusiya rəsmiləri bildiriblər ki, BMT bürokratiyasını sadələşdirmək ideyasını dəstəkləyirlər, ancaq inanırlar ki, bu beynəlxalq qurumda hər hansı dəyişiklik üzv ölkələr arasında danışıqlar yoluyla gerçəkləşdirilməlidir, Birləşmiş Ştatların təkbaşına hazırladığı bəyannamə yoluyla deyil.

«BMT-nin beynəlxalq arenada rolunun artırılmasını hamımız dəstəkləyirik, ancaq BMT-yə böyük islahat gərək deyil», – Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya ölkəsinin TASS dövlət xəbər agentliyinə bildirib.

Rusiya xarici işlər nazirinin müavini Gennady Gatilov TASS və «Interfax»a söyləyib ki, Moskva islahatın «hərtərəfli» olmasına inanır, ancaq istənilən islahat dialoqla razılaşdırılmalıdır.

Trump BMT üzvlərini özünün BMT-də islahata dair 10-bəndlik bəyannaməsini imzalamağa çağırıb, daha sonra islahatlarla bağlı görüşə dəvət edib.

Bənzər yazılar

Back to top button