İqtisadiyyat

Abşeron Dairəvi Dəmir Yolu Xəttində vəziyyət necədir? (VİDEO)

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımaları dayandırılıb. Yalnız Abşeron Dairəvi Dəmir Yolu Xəttində elektrik qatarlarının məhdud şəkildə hərəkətinə icazə verilib.

Əgər xüsusi karantin rejiminin qüvvədə olduğu aprel ayında Bakı və Sumqayıt şəhərləri arasında cəmi 2 qatar işləyirdisə, mayın 4-ü xüsusi karantin rejiminin yumlaşdılmasından və bununla əlaqədar sərnişinlərin sayının artmasından sonra xəttə daha 2 qatar buraxılıb, mayın 20-dən isə qatarların sayı 6-ya çatdırılıb. İyunun 5-dən sərnişin sıxlığının qarşısını almaq üçün qatar sayı yenidən artırılıb.

Bununla belə, pandemiya hələ ki, başa çatmayıb. Bəs görəsən qatarla hərəkət edənlər gigiyena qaydalarına əməl edirmi? “Report” bu sahədə vəziyyəti öyrənmək üçün qatarlardan birində olub.

Sərnişinlərin sözlərinə görə, yoluxma ehtimalını minimuma endirmək üçün qatara maska taxaraq minirlər, sosial məsafəni qoruyurlar və dezinfeksiyaedici məhlullardan istifadə edirlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlıqlarını qorusunlar.

Bənzər yazılar

Back to top button