Bürclər: 25 mart

by Aztoday Xəbər Portalı

Qoç – planlaşdırma, fəaliyyət qrafikinin yenidən hazırlanması, əvvəl başladığınız işin başa vurulması üçün əlverişli gündür. Yarımçıq qalmış tapşırıqları yerinə yetirməyə səy göstərsəniz, sizi narahat edən qayğılardan biri azala bilər.

Buğa – başağrısı və halsızlıq ola bilər. Lakin bu vəziyyət qısamüddətli olacaq. Yaxın dostlarınız və yaxşı tanıdığınız insanların yardımları mümkündür.

Əkizlər – gözlənilməz görüş mümkündür. Bu görüşün əsl səbəblərini bir qədər sonra anlayacaqsınız. Hadisələrin mənfi məcrada inkişafından qorunmaq üçün əvvəlcədən tədbirlər görməli olduğunuzdan, ehtiyat variantları fikirləşməyiniz pis olmaz.

Xərçəng – bu gün səhər saatlarında qohumlardan birinidən təklif alacaqsınız. Həmin təkliflə bağıl uzun-uzadı müzakirələr və ya təhlillər aparmağa ehtiyac yoxdur. Ani dəyərləndirmə və sürətli reaksiya tələb olunan davranış modelidir.

Şir – işdə mübahisələr istisna deyil. Həmkarlarınıza mövqelərinizin səhih və doğru olduğunu anlatmağa çalışarkən emosiyalara qapılmayın.
Elektron poçtunuzu yoxlayın. Orada gözlənilməz məktub ola bilər.

Qız – fiziki işlə məşğulsunuzsa, görəcəyiz işdən artıq həcmdə tapşırıqları yerinə yetirməyə çalışmayın. Bunun fəsadları ola bilər. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin.

Tərəzi – sizə yaxın olan insanlarla ünsiyyətdə açıq olun, qadağalar və məhdudiyyətlərin sayını könüllü şəkildə artırmayın. Müxtəlif yalanların pərdələri altında həqiqəti gizlətmək səylərinin müvəqqəti nəticələr verdiyini də bilin.

Əqrəb – xoş, amma o qədər də ciddi olmayan münasibətlərin başlanması mümkündür. Yeni tanışlıq yaxşı perspektivlər vəd edir. Hər şey sizdən asıldır. Aktiv, emosional, hərəkətli, mütəhərrik olun.

Oxatan – gün faydalı və ya xoş ola bilər – məziyyəti siz seçməli olacaqsınız. Ya mühüm işlərlə məşğul olub uğur qazanacaq, ya da dostlarla əla vaxt keçirəcək, amma heç nəyə nail olmayacaqsınız.

Oğlaq – günün həyat potensialı yüksəkdir. Ehtiyac varsa, idman və ya ağır fiziki işlə məşğul olmaq mümkündür. İmiclə eksperimentlər arzu olunan deyil.

Dolça – alış-verişdə bədxərclik etməyin. Ayaqqabı, geyim və ya aksessuar almaq fikriniz varsa, bələd olduğunuz markalara, tanıdığınız dükanlara və ya satıcılara üstünlük verin.

Balıqlar – bu gün istənilən mübahisədən qalib çıxa bilərsiniz. Səbəb sizin haqlı olmağınız yox, sizi fikrinizdən daşındırmağın mümkünsüz olduğunu opponentlərinizin anlamasıdır.

Milli.Az

Bənzər Yazılar