Digər

“Müstəqil QHT-lər bir-bir sıradan çıxarılacaq” (MÜSAHİBƏ)

Azərbaycan hakimiyyətinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və“Qrantlar haqqında” qanunlara etdiyi mürteci dəyişikliklər bu sahədə şok effekt yaradıb. QHT nümayəndələrinə qarşı başlanan təzyiqlərlə bağlı Demokratik Düşüncə Mərkəzinin sədri Orxan Abbasola söhbətləşdik.

-QHT sahəsində vəziyyət necedir? Hadisələr hansı axarda gedəcək?

 

– Milli Məclis tərəfindən qəbul edilmiş və QHT fəaliyyətini məhdudlaşdıran əlavə və dəyişikliklərdən böyük narahatçılıq yaradır. Qanunvericiliyə edilən dəyişiklik və əlavələr QHT-lərin fəaliyyətini ciddi məhdudlaşdırıb və onların üzərinə çətin hesabat vermə öhdəlikləri qoyan maddələri özündə ehtiva edir. Bu isə fundemantal birləşmək azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Siyasi hakimiyyət QHT qanunvericiliyinə edilən dəyişiklikləri müzakirəsiz qəbul edib. Parlament üzvləri də qanunvericiliyə edilən dəyişiklərə etiraz belə edə bilmədilər. Bundan sonra Azərbaycanda QHT-lərin və xarici donorların fəaliyyəti yalnız dövlətin razılığı ilə həyata keçiriləcək. Bu qanunvericiklə istnilən QHT və donor təşkilatının fəaliyyətini məhdudlaşdıra bilərlər. Qəbul edilmiş dəyişikliklər QHT-lərə qarşı güclü təzyiqlərin olduğu ərəfədə Azərbaycan höküməti tərəfindən irəli sürülüb. Bu ilin yazında ianə ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərə görə QHT-lər ianələri ancaq bank köçürməsi vasitəsi ilə ala bilərlər və onlardan bu barədə Maliyyə Nazirliyinə məlumat vermək tələb olunur. Daha sonra, bu il ərzində Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərə görə əcnəbilərin könüllü olaraq yerli QHT-lərdə işləməsi qadağan olunub. Prezident seçkiləri öncəsi bir neçə təşkilatlar, o cümlədən seçkilərin müstəqil qiymətləndirməsini aparan nüfuzlu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) hüquq mühafizə orqanları tərəfindən cinayət ittiamı ilə qarşılaşıb və daha sonra vergi yoxlamalarına, cinayət işi araşdırmalarına və xarici səfər məhdudiyyətlərinə məruz qalıb. Proses davam edir

-Sizcə həbslər davam edəcəkmi? Çıxış yolu varmı?

Vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərin davamı kimi SMDT-nin sədri Anar Məmmədli barəsində Nəsimi rayon məhkəməsi 16 dekabr 2013-cü il tarixdə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. 04 avqust 2014-cü ildə “İnsan hüquqları klubu” İctimai Birliyinin sədri Rəsul Cəfərov, Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilərək həbs edilib. Müstəqil QHT-lər bir-bir sıradan çıxarılacaq. Proseslərə vətəndaş cəmiyyətinin müqavimət göstərmək imkanları zəifdir. Odur ki, beynəlxalq təşkilatlar hakimiyyətə qarşı təzyiqləri artırmalıdır…

Bənzər yazılar

Back to top button