Siyasət

Bir neçə gün qabaq daxili işlər nazirinin istefa verməsi yanlış idi… – Politoloq

“Əslində bir neçə gün öncə Türkiyənin verdiyi qərar yalnış idi”.

Bunu Qaynarinfo-ya açıqlamasınsa politoloq Elxan Şahinoğlu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunün istefasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməməsindən danışarkən deyib. Politoloqun sözlərinə görə, Süleyman Soylunun nazir postunda Türkiyədə nizam-intizam yaradılmasında böyük əməyi var:

“İki saat qalmış dedilər ki, ölkədə iki günlük fövqəladə vəziyyət elan olunub və küçəyə çıxmaq qadağası var. Bunu eşidən insanlar marketlərə axışdılar. Bu da əslində panikaya səsbəb oldu, həm də virusun yayılmasına şərait yaratdı. Süleyman Soylu da bu məsuliyyəti üzərinə götürdüyünü etiraf edib istefa verdi. Amma görürük ki, istefa qəbul edilmədi. Çünki Süleyman Soylu nazir postunda həqiqətən də çox işlər görüb. PKK-ya qarşı yüksək səviyyədə mübarizə aparıb, onlara zərbələr endirib, zəlzələ bölgələrində insanlara yardım məsələsində çox böyük işlər görüb. Türkiyədə nizam-intizamın yaradılmasında böyük əməyi var. Ona görə Ərdoğan onun istefasını qəbul etmədi və dedi ki, nazir olaraq çalışmasına davam etməlidir”.

Qeyd edək ki, aprelin12-də Türkiyənin Daxili Daxili İşlər naziri Süleyman Soylu sosial media üzərindən koronavirusa görə istefa ərizəsi yazıb. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun istefasını qəbul etməyib.

Bənzər yazılar

Back to top button