Bizim seçimSiyasət

Saxtakarlıqla üzləşən deputatlığa namizədlər “Gölgə Parlamenti” təşkil edə bilər

REAL-ın icra katibi Natiq Cəfərli “Kölgə Parlamenti”nin yaradılması təklifi və təşəbbüsü ilə çıxış edib.

AzToday.az xəbər verir ki, Natiq Cəfərli məlum təklif və təşəbbüsü ilə bağlı fikirlərini belə izah edib:

“Son seçkilərdə öz dairələrində fədakarcasına mücadilə edən, yaxşı kampaniya aparan, seçicilərə toxunmağı bacaran onlarla namizədlər, könülləri fəth edən insanlar var idi. Hakimiyyət seçkiləri total saxtalaşdırdığı üçün onlar rəsmi deputat ola bilməsələr də, millətin vəkili olmağa tam layiqdilər. Ona görə təklif edirəm ki, ölkədə “Kölgə Parlamenti” təsis edilsin, həmin namizədlər bu qurumda təmsil olunsunlar və bu hökumətə və təyin edilmiş Milli Məclisə əsl Parlament necə çalışmalı olduğunu göstərsinlər.

“Kölgə Parlamenti” ayda 2 dəfədən az olmamaq şərti ilə toplaşır, cəmiyyətin, xalqı maraqlannı ifadə edən qanun təklifləri hazlrlayır, müzakirə və qəbul etdikdən sonra həmin sənədlər ictimailəşir. Təsis edəcəyimiz qurum cəmiyyətdə mənəvi nüfuz mərkəzinə çevrilə, təyin edilmiş Milli Məclis üzərində siyasi və ictimai nəzarət funksiyası daşıya bilər. Bir çox namizədlərlə ilkin danışığım olub, ümid edirəm ki, bu təşəbbüs ölkədə normal siyasi diskursun yaranmasında mühim rol oynayacaq”.

Bənzər yazılar

Back to top button