Manşet

Belçikalı hakim Sorosun Azərbaycan üzərinə Səlib yürüşü barədə

Son zamanlar Azərbaycana qarşı növbəti hücuma keçmiş qərb KİV-ləri “fərdi terror” taktikası seçiblər və tək hədəflərə üstünlük verməyə başlayıblar. Bu hədəflər bu və ya digər şəkildə Azərbaycanla əlaqəli olan şəxslərdir və yeganə günahları Qarabağ münaqişəsi zamanı baş vermiş hadisələrə fərqli baxışlarının olmasıdır.

Bu dəfə hədəfdə Belçika Konstitusiya Məhkəməsinin 12 hakimindən biri, adı “Azərigeyt”də (Qərbdə yeni anti-Azərbaycan kampaniyasını belə adlandırıblar) hallanan Jan-Pol Murmandır.

Belçikada dərc olunan “L’Echo” nəşri qeyd edir ki, Murman bir neçə dəfə Azərbaycanda olub. Lakin bu sirr deyil. Cənab Murman dəfələrlə Qarabağ münaqişəsi ilə bağlı bəyanatlar verib və nəzərə alınmalı olan konkret AŞ qətnamələrinin olduğunu bildirib.

2012-ci ilin fevral ayında “Bəşəriyyətə qarşı cinayət: Xocalı soyqırımı” mövzusunda beynəlxalq konfransda isə Jan-Pol Murman deyib ki, Xocalı hadisələri ilə bağlı beynəlxalq cinayət məhkəməsi çağırılmalıdır.

Deyəsən. bütün bunlar erməni lobbisini ciddi narahat edib. Nəticədə, lobbi hücuma keçib.Jan-Pol Murmanın özü və bir çox digər müstəqil ekspertlər diqqət yetirməyə çağırırlar ki, bilavasitə anti-Azərbaycan təbliğatı ilə məşğul olan 145 qeyri-hökumət təşkilatı Corc Soros tərəfindən maliyyələşdirilir.

Bu cür vəziyyət ilk dəfə deyil ki, yaranır. Misal üçün, 2016-cı ilin əvvəlində obyektiv, lazım gələrsə, azərbaycanmeyilli Qərb siyasətçiləri hücum hədəfinə çevrilmişdilər. Buna isə istənilən, hətta düşünülmüş bir səbəb də tapıla bilərdi.

 

Bənzər yazılar

Back to top button