Bizim seçimDünyaSiyasət

Türkiyədə Azərbaycana bağlı məşhur siyasətçinin öldürülməsinin səbəbi məlum oldu (FOTO)

Fətullahçı A.Öndər etiraf edir ki, 15 iyulda Türkiyə prezidenti R.T.Ərdoğanı ələ keçirməyə gedənlərlə M.Yazıcıoğlunun helikopterindən cihazları sökənlər eyni adamlar olub

2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonra Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə və həbs edilənlərin məhkəmə prosesləri davam edir. Bu proseslərin gedişində 2016-cı ilin iyuluna qədər törədilən cinayətlərin də məhz bu dini cərəyanın rəhbərliyi tərəfindən təşkili ortaya çıxır.

AzToday.az xəbər verir ki, bu günlərdə Türkiyənin “Hürriyyət” qəzetində Nədim Şənərin geniş araşdırma məqaləsində FETÖ lideri Fətullah Gülənin helikopter qəzasında həlak olan Böyük Birlik Partiyasının keçmiş sədri Muhsin Yazıcıoğlunun ölümü ilə əlaqədar istintaq işinin ört-basdır edilməsini tələb etdiyi və digər mühüm hadisələrin ortaya çıxdığı qeyd olunub. Məsələn, o da məlum olub ki, helikopterdəki cihazları sökənlər 15 iyun dövlət çevrilişinə cəhd zamanı Türkiyə prezidentinə qarşı əməliyyata da qatılıblar.

Müəllif yazır ki, bu sensasiyalı iddialar FETÖ-nün Elazığ vilayətindəki vəkillərdən cavadeh olan Abdullah Öndərin Qəhrəmanmaraş Respublika Baş prokurorluğuna verdiyi ifadəsində yer alıb. Öndər ifadəsində helikopterin üstündən uçan “F-16”dan danışaraq bunları deyib: “Mənim təcrübələrimə görə, bu hadisə tamamilə FETÖ/PDY silahlı terror təşkilatının işidir. “ByLock” yazışmaları və HTS qeydləri ortaya çıxarılsa, düzgün söylədiyim başa düşüləcəkdir. Adıçəkilən şəxslər danışsa, hadisənin üstü tam açılacaq”.

FETÖ imamından Muhsin Yazıcıoğlu etirafı

1995-ci ildə Çukurova Universitetini bitirdikdən sonra müxtəlif məktəblərdə müəllim işləyən Abdullah Öndər Elazığda işləyərkən 2004-cü ildə FETÖ-yə daxil olduğunu etiraf edib. Onun sözlərinə görə, 2010-2015 illər arasında FETÖ-nün Elazığ imamı olan Mehmet Durakoğlunun onunla yaxından maraqlandığını və 2014-cü ildə Elazığda vəkillərə cavabdeh şəxs vəzifəsinə gətirildiyini söyləyib. Onun dediyinə görə, 2014-cü ildən 2017-ci il mayın 2-dək FETÖ-nin Elazığın üzrə vəkillərdən cavabdeh şəxs vəzifəsini icra edib.
15 iyul 2016-cı il çevriliş cəhdindən sonra qeyri-leqal fəaliyyətə keçdiyini, lakin təşkilatın üzvü olan vəkillərlə görüşlərini davam etdirdiyini bildirən A.Öndər, həyat yoldaşının FETÖ-yə görə həbs edilməsindən sonra 2 may 2017-ci il tarixində Elazığ Respublika Prokurorluğuna gedib təslim olduğunu, 37 gün həbsdə qaldıqdan sonra buraxıldığını və hələ də FETÖ üzrə istintaq işi üzrə məhkəmədə müttəhim kimi mühakimə edildiyini söyləyib.

Abdullah Öndər 8 may 2018-ci ildə Muhsin Yazıcıoğlunun ölümü ilə əlaqədar aparılan istintaq işinin yenidən başlanması barədə qərardan sonra ifadə vermək üçün Qəhrəmanmaraş polis şöbəsinə müraciət edib. Polis tərəfindən prokurorluğa göndərilən Abdullah Öndər 2014-cü ildə Yazıcıoğlunun işindən məxfilik qərarı götürüldükdən sonra təşkilatın daxilindəki çaxnaşmanı ətraflı danışıb.

Abdullah Öndərin etiraflarından bəziləri aşağıdakı kimidir: “17 aprel 2014-cü ildə Elazığdakı Əhməd Atilla Kavuran adlı vəkil cib telefonuma zəng etdi. Bu tarixi çox yaxşı xatırlayıram, xüsusi səlahiyyətli məhkəmələr ləğv edildiyi üçün Muhsin Yazıcıoğlunun istintaq işi Qəhrəmanmaraş Respublika Baş prokurorluğuna gəldi və sənəddəki məxfilik aradan qaldırıldı. Təşkilatda məsul olduğum vəkil Əhməd Atilla Kavuran mənə zəng vurdu və dedi: “Qardaş, çox vacib bir məsələ var, üz-üzə görüşməliyik”. Təşkilata məxsus bir tələbə yataqxanasında görüşdük. “Qardaş, Muhsin Yazıcıoğlu istintaq işində helikopterdən cihazları sökən əsgərlər var e… Mustafa Atalar onların vəkili imiş. Məxfilik bu gün qaldırıldı. Elazığ Vəkillər Kollegiyası bununla bağlı çalxalanır”. Mən də ona görə, Qəhrəmanmaraşın imamı Mehmet Durakoğluna cib telefonumdan zəng etdim və “təcili olaraq görüşək”, – dedim. 16:30-da gəldi. Vəkil Əhməd Atilla Kavuran haqqında eşitdiklərimi danışdım. Durakoğlu “Bu necə ola bilər?”, – dedi.

“Durakoğlu, BBP-nin Elazığ vilayət təşkilatının sədri Səlami Əkicidən cavadeh olan məsul üzvü Sezai Çətinə zəng etdi. Sezayiyə “Səlamini də götür, bura gəl” dedi. Səlami Əkici, təriqətdən olan bir vəkilin M.Yazıcıoğlunun helikopterindən hissələri çıxaran əsgərlərin vəkilliyni öz üzərinə götürməsini həzm edə bilməyəcəyini söylədikdə, Durakoğlu, “Bu vəziyyətdən xəbərimiz yoxdur, Mustafa pul qazanmaq üçün bu işi görüb”, – dedi.

Biz Mustafaya əmr verdik və o əmri yerinə yetirdi

Daha sonra etirafında A.Öndər deyir: “Vəkillərə cavabdeh şəxs olduğum üçün iclasdan sonra Mustafa Atalara zəng etdim. M.Atalar mənə 2009-cu ildə qəza baş verəndə 12 vilayətin imamı vəzifəsini icra edən Turan Canpoladla məsələni müzakirə etdiyini, T.Canpoladın “Muhsin Yazıcıoğlunun helikopterindən sökən hərbçilərimizdən birinin abilərimizdən olduğunu, yəni bizdəndir” dediyini və istintaqı izləmək vəzifəsini məhz Canpoladın verdiyini söylədi.

Ertəsi gün Mehmet Durakoğlu, təşkilatın bölgə üzrə cavabdehlərini topladı. Durakoğlu, vəkil Mustafa Ataları nəzərdə tutaraq, “Bu uşaq axmaqdır, hadisənin ciddiliyinin fərqində deyil. Bu məsələ Amerikadakı ağsaqqalımıza çatdırıldı”, – dedi. Təşkilatda “ağsaqqalımız” olaraq xatırlanan şəxs, terror təşkilatının lideri Fətullah Güləndir.

Bir həftə sonra vəkil Mustafa Ataların “23 HY 009” dövlət nömrə nişanlı maşını ilə Turan Canpoladla görüşə getdik. Vəkillərə cavabdeh olduğum üçün Canpolad mənə dedi: “Biz Mustafaya əmr verdik və o əmri yerinə yetirdi”. Qayıdanda Mustafa kiçik zabit Aydın Özsıcaka telefonla zəng etdi və vəkillik fəaliyyətini dayandırdığını söylədi”.

Daha sonra Mehmet Durakoğlu, təşkilatın nəzarətçisi olan Qaziantep bölgə cavabdehi Mehmet Kocatürk ilə məsələni müzakirə etmək üçün Qaziantepə getdi. Durakoğlundan nə danışdıqlarını soruşdum. Dedi ki, Qaziantep cavabdeh deyib ki, “Yazıcıoğlu istintaq işi ilə məşğul olan müstəntiq yad adam deyil, abilərimizdən (qardaşlarımızdan) biridir.”

Bu görüşdən iki gün sonra Mehmet Kocatürk və Mehmet Durakoğlu, İzmirdə təşkilatın Türkiyə imamı olan qiyabi tanıdığım Barbaros Kocakurdun yanına getdilər. Sonra İstanbulda Türkiyə Silahlı Qüvvələrinin daxlindəki təşkilatlanmaya üzv olan bir nəfərlə görüşdülər.

Bu danışıqlardan əldə edilən nəticələrə görə birbaşa Amerikaya, yəni Fətullah Gülənə hesabat verilirmiş. Fətullah Gülən gülənçilərdən olan bir vəkilin helikopterdəki cihazları sökənlərin vəkilliyini öhdəsinə götürməsini “bomba” kimi xarakterizə etmiş və hadisənin üstü açılsa, onun altından çıxa bilməyəcəklərini söyləmişdir”.

Abdullah Öndər ifadəsini belə davam etdirib: “2015-ci ilin yayında vəkil Mustafa Atalar mənə Yazıcıoğlunun ölümü ilə nəticələnən qəza ilə bağlı görüntüləri olan yaddaş kartının və çox sayda sənədin olduğunu söylədi. Bundan əlavə, təşkilatın əmri ilə kişik zabit Aydın Özsıcakdan biri işi özbaşına, digəri isə rəsmi vəzifənin tələbi əsasında gördüyünü ifadə edən əyazma formasında iki ərizə aldıqlarını dedi. Bunun A.Özsıcakın etirafçı olması ehtimalına qarşı ehtiyat tədbiri olaraq alındığını izah etdi. Yaddaş kartı və sənədlərin “Bank Asya”nın Elazığ filialındakı seyfdə olduğunu söylədi. Dəfələrlə izlədiyini söyləyən M.Atalara yaddaş kartındakı görüntüləri izləmək istədiyimi söylədikdə, “bunu göstərməyə səlahiyyətim yoxdur, ancaq televiziyada izlədiyiniz cihazların sökülməsindən daha əvvələ aid və Yazıcıoğlunun görüntüləri var”, – deyə əlavə etdi. “Bank Asya”ya həbs qoyulacağı və əmlakın müsadirə ediləcəyi xəbərini alan M.Atalar seyfini boşaltdı. Sənədləri və yaddaş kartını vilayətin imamı Durakoğluna təhvil verdi”.

M.Yazıcıoğlunun helikopterini vuran “F-16” təyyarəsinin pilotu da FETÖ üzvü olub

Öndərin etiraflarının biri də “ByLock”la bağldır. Onun sözlərinə görə, Mehmet Durakoğlu, Kamil Bakum, Turan Canpolad, Mustafa Atalar, Əhməd Atilla Kavuran, Xəlil Kayışla birlikdə özü də kripto rabitə proqramı olan “ByLock”dan istifadə edib: “15 iyul çevriliş cəhdi zamanı görüntüsü “Facebook”da olan kripto rabitə proqramı ilə söhbətimiz zamanı Mustafa Atalar mənə Prezident Rəcəb Tayyib Erdoğana qarşı sui-qəsd törətməyə gedən kiçik zabit Aydın Özsıcakın M.Yazıcıoğlunun öldüyü qəzada helikopterdən cihazları çıxaran şəxs olduğunu söylədi. Onu da dedi ki, həmin vaxt helikopterdən cihazları sökən şəxslərdən biri də Prezidentə qarşı həmin əməliyyata iştirak edən Davud Uçumdur”.

Etirafının sonunda Abdullah Öndər “Bu işi təşkilat törətdi” deyib. Öndərin etirafında diqqət çəkən məqamlardan biri də budur: “2014-cü ilin əvvəlində özəl hazırlıq kurslarının bağlanması zamanı Elazığ vilayət təşkilatlanmasının üzvləri olaraq İzmirə getmişdik. “Yamanlar” kollecində olduq. Məktəbin 5-ci mərtəbəsində “F-16” maketi vardı. Orada keçirilən görüşdə bu “F-16”nın Yazıcıoğlunun helikopterinin üstündən keçən təyyarənin maketi olduğunu söylədilər. Həmin vaxt “F-16” təyyarəsini idarə edən pilotun da bizlərdən biri olduğunu dedilər. Mənim təcrübələrimə görə, bu hadisə tamamilə FETÖ/PDY silahlı terror təşkilatının işidir. Heç kimə inanmadığım üçün heç kimə demədim. Mediadan istintaq işinin yenidən açıldığını biləndə şəxsən gəlib ifadə verdim. “ByLock” yazışmaları və HTS qeydləri ortaya çıxarılsa, düzgün söylədiyim başa düşüləcəkdir. Adı çəkilən şəxslər danışsa, hadisənin üstü açılacaq”.

Fətullah Gülən: “Aldansanız belə qurban gedərsiniz, bir cümə axşamı günü axşam ölərsiniz, cümə günü meyidiniz taparlar”

19 yanvar 2007-ci ildə jurnalist Hrant Dinkin öldürülməsini araşdıran FETÖ kəşfiyyatçıları, sui-qəsdin guya Yazıcıoğlunun başçılıq etdiyi BBP-ni daxil etmək üçün oyun qurdular. Trabzonda qətlin planlaşdırılmasında rol oynayan BBP üzvü Erhan Tuncelin FETÖ kəşfiyyatçısı vilayət polis şöbəsinin müdiri Ramazan Akyürek tərəfindən “agent” kimi istifadə edildiyi və onun idarə etdiyi Yasin Hayalın da “Alperen Ocaqları”nın üzvü olduğunu öyrənəndə Yazıcıoğlu reaksiyasını ortaya qıymuşdu: “Bizim tarlanı da şumlayıblar”.

Bununla belə, Dink cinayətinə görə mühakimə olunan FETÖ kəşfiyyatçısı Əli Fuat Yılmazerin rəhbərlik etdiyi ofisin öldürülməmişdən iki il əvvəl M.Yazıcıoğlunu izlədiyi ortaya çıxıb.

25 mart 2009-cu ildə öldürülən Yazıcıoğlu, FETÖ-nün dövlət daxilində təşkilatlanmasına qarşı çıxaraq belə bir ifadə işlətmişdi: “Dövlətin daxilinə kriminal dəstə sızıbsa, mən nə lazmıdrsa onu edərəm”.

Bu ifadə onun sonunu gətirdi. Belə ki, M.Yazıcıoğlunun ölümündən bir neçə gün sonra Fətullah Gülən demişdi: “Aldansanız belə qurban gedərsiniz, bir cümə axşamı günü axşam ölərsiniz, cümə günü meyidiniz taparlar”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button