İdman

Mourinyodan Ronaldo açıqlaması

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo yay transfer pəncərəsində Kriştiano Ronaldonun transferindən imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis mövsümün əvvəlində həmyerlisinin transfer məsələsinin müzakirə olunmadığını söyləyib:

“Mənə heç vaxt Ronaldonu almaq təklif olunmayıb. Ümumiyyətlə, bu məsələ müzakirə belə edilməyib”.

Mourinyo Çempionlar Liqasının qrup mərhələsindəki əsas rəqibləri olan “Yuventus” haqda da danışıb: “Yuventus” Çempionlar Liqasında qalib olmaq üçün futbolçu alan klublardan biridir. Onlara İtaliya çempionatında uğur qazanmaq üçün vəsait ayırmaq lazım deyil. Çünki artıq 6-7 il ardıcıl bu titula sahib çıxıblar.

Onların məqsədi ÇL-də uğur qazanmaqdır. “Yuventus” “Liverpul”la yanaşı, bu yay transferə çox pul xərcləyən top-komandadır. Ronaldo, Əmrə Can və Leonardo Bonuççi kimi fantastik futbolçularla müqavilə bağladılar. Ancaq onları Çempionlar Liqasında bizə qarşı 2 ağır oyun gözləyir”.

Qeyd edək ki, “Mançester Yunayted” Çempionlar Liqasının H qrupunda “Yuventus”la yanaşı, “Valensiya” və “Yanq Boyz” klubları ilə mübarizə aparacaq.

Bənzər yazılar

Back to top button